• $
  • £

Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq oyuncağı – FOTO

Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq oyuncağı – FOTO
18.09.2018 14:19
Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə edib. 

Anews.az minval.info-ya istinadən xəbər verir ki, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan "Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu yeni "oyuncağını”nı da izləyicilərinə təqdim edib.

"3 il öncə "bu maşından istəyirəm” yazmışdım və sonda ona qovuşdum” – deyən oliqarx oğlu, yeni avtomobilinin görüntülərini paylaşıb. O, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 19 yaşlı Rasimin kolleksiyasında artıq "Chevrolet Tahoe”, "Mercedes Galendewagen”, "Audi R8” kimi bir neçə sportkarı var.

Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova "Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası "Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.

Qeyd edək ki, Vaqif Məmişov öz adını "Forbes”in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə "ən imkanlı azərbaycanlı” sayılır. Onun rəhbəri olduğu "Konrad” Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol