• $
  • £

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi

Azərbaycanda nüfuzlu şəxs dünyasını dəyişdi
19.09.2018 13:14
Tanınmış həkim-ginekoloq Əlizadə Lətafət Məmməd qızı dünyasını dəyişib.

BiG.AZ-ın əldə etdiyi məlumata görə, o, ötən gün ürək çatışmamazlığından vəfat edib.

Mərhumun 3 mərasimi sabah Heydər Məscidində təşkil ediləcək.

Qeyd edək ki, Əlizadə Lətafət Məmməd qızı Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub.

Lətafət xanımın ictimai-fəaliyyəti müddətində milli mənəvi dəyərlərimizin qorunması, səhiyyənin inkişafı, sağlam mühitin yaradılması və inkişafı, vətəndaşların sosial problemlərinin həlli istiqamətində xalqımıza, dövlətimizə və cəmiyyətimizə əvəzsiz xidməti olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. Qarabağ müharibəsi dövründə Tərtər, Qazax, Füzuli, Ağdam, Tovuz bölgələrində yerləşən hərbi hissələrdə günlərlə qalaraq döyüşçülərimizə qayğı və köməklik göstərib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol