• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

DİQQƏT! Şəxsi yazışmalarınız izlənilir – VİDEO

DİQQƏT! Şəxsi yazışmalarınız izlənilir – VİDEO
28.09.2018 15:45
"Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” sualı son zamanlar ən aktual mövzulardan birinə çevrilib.

Yenicag.az xəbər verir ki, "Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb.

Məsələn "Messenger”də kiməsə "mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə göndərilir. Bu nə deməkdir və necə baş verir?

İT mütəxəssis Rəşad Əliyev məsələyə münasibət bildirib:

"Əslində bu tip məlumatların verilməyi sosial mühəndislik adlanır. Yəni, sənin özünün xəbərin olmadan paylaşdığın məlumatların mənimsənilməsi və generasiyası prosesi gedir. Bu tip hallara dünyada çox rast gəlinir”.

Ona görə də proqram yükləyərkən sizdən müəyyən icazələri istənilir. Siz də oxumadan hər şeyi qəbul edirsiz. Bununla da həmin proqramlar sizin məlumatlarınızdan, yazışmalarınızdan açar söz kimi istifadə edə bilər.

Proqramçı Orxan Rza: "Bu da sonradan təhlükə yaradır. Çünki, bütün informasiyalar toplanır, sonradan istər spam mesajlar olsun, istər digər kontentlər olsun, sizə göndərilir. Bu tip proqramları yükləməklə siz təkcə özünüzə yox, həm də telefonunuzda olan başqa insanların məlumatlarını da təhlükə altında qoyursuz”.

Çünki, istənilən yazışma proqramı bir birinə e-mail ünvanı və mobil nömrələrlə əlaqəlidir. Bununla hətta sizin telefonunuzda olan digər nömrələrə də belə reklam mesajları və ya spamlar gedə bilər.

Sosioloq Rəşad Əsgərov: "Bu məsələdə insanlarda müəyyən qədər çaşqınlıq hissi yaranır. Bununla da həmin şəbəkələrdən istifadə edən insanların sayı azalır. Sosial şəbəkələrdən istifadə edənlər qəliz kodlar və identifikasiya sistemi ilə məlumatların oğurlanmasının qarşısını ala bilərlər”.

Yazışma proqramlarında vaxtilə kiməsə yazdığınız sözə uyğun olaraq reklam mesajlarının gəlməsinin qarşısının alınması isə çətindir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol