• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Ermənistandan SENSASİYALI PLAN: Yeni dövlət yaradıb Naxçıvanı "işğal edəcəklər"

Ermənistandan SENSASİYALI PLAN: Yeni dövlət yaradıb Naxçıvanı
29.05.2020 05:26
Sentyabrın 29-da İrəvanda "Sasna srer” qruplaşması eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib.

Publika.az xəbər verir ki, yeni partiyanın mətbuat katibi Varukan Avetisyan silahlı mübarizənin dayandırılması və siyasi fəaliyyətin başlanması haqqında qərar verdiklərini bildirib.

Təsis qurultayında elan edilib ki, partiyanın rəhbəri olmayacaq, əvəzində əlaqələndirmə katibliyi idarə edəcək.

"Partiyanın yaradılmasının məqsədi Ermənistanda neçə illərdir planlaşdırılan dəyişiklikləri həyata keçirməkdir”, - deyə o bildirib.

Avetisyan bəyan edib ki, onlar "rus-türk razılaşması”nın nəticə olaraq yaradılan Ermənistan respublikasını tanımır və yeni erməni dövlətinin yaradılması üçün mübarizəyə başlayacaqlar.

"Bizim hədəfimiz Ermənistanın yeni respublikasını yaratmaqdır. Bu dövlətə "Arsax” (Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi - red.) və Ermənistandan kənarda yaşayan ermənilər birləşdiriləcək. Biz Naxçıvanı və Axuryan çayından qərbdəki əraziləri də yeni Ermənistan respublikasına birləşdirəcəyik”, - deyə o bildirib.

"Sasna srer” qruplaşmasının lideri Jirayr Sefilyan bildirib ki, onlar yeni parlamentin formalaşdırılmasına qədər Nikol Paşinyanı dəstəkləyəcəklər.

Qeyd edək ki, 2016-cı ildə "Sasna srer” qruplaşması İrəvanda Sarkisyan hakimiyyətinə qarşı qiyam törədib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol