• $
  • £

Yeznəsinin üzərinə benzin töküb yandırdı - Azərbaycanda DƏHŞƏT

Yeznəsinin üzərinə benzin töküb yandırdı - Azərbaycanda DƏHŞƏT
04.10.2018 11:57
Tovuzda dəhşətli hadisə baş verib.

Anews.az trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.

Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol