• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı
29.05.2020 10:03
"Azercell Telekom” MMC interneti məktəblilər üçün təhlükəsiz etmək məqsədilə ölkə boyu şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda  təlimlərini davam etdirir. 2018-2019-cu illərdə Bakı ilə yanaşı regionlarda da bu faydalı təşəbbüslə çıxış etməyi hədəfləyən şirkət bu dəfə 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində  5 saylı məktəbdə 123 şagird, 26 müəllim və 21 valideynin iştirakı ilə təlim təşkil edib. Təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məlumatlar verilib. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Məlumat üçün bildirək ki, ötən ildən başlayaraq Azercell-in təşkilatçılığı ilə Bakının bir çox  məktəblərində yüzlərlə şagird müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir.

Qeyd edək ki, Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn "Universal Müdafiə” "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. "Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir. 
Nəzərinizə çatdıraq ki,  2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən də uğurlu fəaliyyət kimi dəyərləndirilərək, bir sıra beynəlxalq mükafatlara layiq görülüb.  


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Cəmiyyət 12:55
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Cəmiyyət 12:24
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Cəmiyyət 11:56
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
Cəmiyyət 11:09
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Cəmiyyət 11:03
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
Cəmiyyət 10:39
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Cəmiyyət 10:33
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol