• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır

“Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır
29.10.2018 16:47
"Nar”-ın "Yerlim” tarifinə qoşulanların sayı son 1 il ərzində 43 faiz artıb. Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan "Yerlim” tarifinə qoşulanların daim artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilirlər.

Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqəti ilə seçilən "Nar” yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətləri ilə təmin etməkdədir.

Mobil operator 2018-ci il ərzində bölgələrdə 330-dan çox yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 230-a yaxını 4G, 100-dən çoxu isə 3G baza stansiyasıdır. Ümumilikdə, "Nar” 2018-ci ildə ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində yüksək sürətli 4G texnologiyasının tətbiqinə nail olub.

"Yerlim” tarifi haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən öyrənmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
Cəmiyyət 17:16
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol