• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO
30.10.2018 14:07
Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymarın cangüdəni Nordin Taleb nokautla uduzub.

Anews.az report.az-a istinadən xəbər verir ki, 37 yaşlı idmançı UFC "Fight Night 138" yarışı çərçivəsində keçirdiyi döyüşdə britaniyalı Şon Striklendə məğlub olub. Rəqibin yerdə ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. Talebin görüşü davam etdirmək tələbi qəbul olunmayıb və nokaut qeydə alınıb.

"Bəli, rəqib məni yaxaladı. Amma duruş gətirmişdim və hesab edirəm ki, döyüş lazım olan vaxtdan tez dayandırıldı. Təslim olmamışdım, davam etməyə hazır idim. Başqa döyüşçülərin oxşar vəziyyətlərdə olduqlarını görmüşük, lakin onların görüşləri dayandırılmayıb. Peşəkar döyüşlər üçün peşəkar hakimlər lazımdır", - Taleb "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Neymar Nordin Talebi avqustda özünə cangüdən götürüb. Lakin həmin vaxtdan UFC-də iki döyüşdə uduzan fransalı idmançının karyerasının başa çatma ehtimalı var.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 08:50
"Qarabağ"ın oyununda meydana quş girib - VİDEO
Prezident Qara Qarayevə nə deyib?
İdman 20:12
Prezident Qara Qarayevə nə deyib?
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
İdman 22:17
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:55
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:24
"Qarabağ”dan mövsümdə ilk məğlubiyyət - Video
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
İdman 12:14
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
İdman 23:07
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
Mahir Emrelinin komandası uduzdu - Video
İdman 09:59
Mahir Emrelinin komandası uduzdu - Video
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
İdman 18:22
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol