"Nə qədər müalicə olunsam da, bir xeyri olmayıb..." - Rasim Balayev
Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev müalicə almaq üçün sabah Türkiyənin Ankara şəhərinə yola düşəcək.
Bu barədə ölkə.az-a aktyor özü məlumat verib.
R.Balayev belindəki ağrıların hələ də davam etdiyini bildirib:
"Belimdə ağrılar yaranır. İndiyədək nə qədər müalicə olunsam da, bir xeyri olmayıb. Bakıda əməliyyat yolu ilə sağalacağım barədə təkliflər var idi. Ancaq özüm əməliyyat etdirmək istəmədim. Ankarada bir yaxşı həkim tapmışıq. İnşallah sabah ora yola düşəcəm".
Rasim Balayev bir neçə vaxt Türkiyədə müalicə olunacağını söyləyib.
www.anews.az
Son xəbərlər
Daha çox