• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

İŞİD bu dəfə də rus əsiri edam etdi

İŞİD bu dəfə də rus əsiri edam etdi
28.05.2020 22:12

“İslam Dövləti” (İŞİD) yaraqlıları amerikalı və britaniyalı girovların ardınca bu dəfə də Rusiyadan olan əsiri edam ediblər.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, islamçı yaraqlıların girovluğunda olan rusiyalı mühəndis Sergey Qorbunovun İŞİD tərəfindən edam edilməsi barədə məlumatı Amerika mətbuatı yayıb.

Qeyd edək ki, İŞİD S.Qorbunovla bağlı sonuncu videoçarxı 2013-cü ilin oktyabrında yaymışdı.

S.Qorbunov həmin videoçarxda belə deyirdi: “Mənə yaxşı baxırlar. Yemək verirlər. Amma əgər 5 gündən sonra məni Səudiyyə Ərəbistanından olan Xalid Süleymanla dəyişməsələr, axırım yaxşı olmayacaq. Bunlar mənim başımı kəsəcək. Mən Suriya və Rusiya prezidentlərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edirəm, yalvarıram. Mən çox qorxuram...”

S.Qorbunov digər ölkələrdən olan girovlarla birgə İŞİD-in paytaxtına çevrilmiş Suriyanın Raqqa şəhərində saxlanırdı. Xəbərə görə, yaraqlılar onu güllələyib və bu səhnəni videoya çəkiblər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Dünya 23:33
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Dünya 19:00
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya 18:05
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
“Hizbullah” Livan hökumətini təhdid edib
Dünya 13:34
“Hizbullah” Livan hökumətini təhdid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol