• $
  • £

Yarpağı da özü kimi müalicəvidir

Yarpağı da özü kimi müalicəvidir
29.05.2020 01:36
Armud eramızdan üç min əvvəl yetişdirilməyə başlanılıb və şumer həkimləri onu müalicə məqsədilə tətbiq ediblər. Homerin "Odisseya” əsərində armud haqqında xatırlatma verilir. Hətta qədimdə rus kəndliləri armudu qurudur, onu toz halına salaraq şirin kökə bişirirdilər.

Medicina.az xəbər verir ki, armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir. Bu məqsədlə bitkinin nəinki təzə, həmçinin quru meyvələri və şirəsindən də istifadə edilir. Şəkərli diabet xəstələrinə onu müalicəvi qida kimi verirlər. Tər yarpaqlarında fungisit təsir göstərən maddələr var.

Armud mədəaltı vəzin fəaliyyətinin pozulması zamanı tətbiq edilir. Tərkibinə daxil olan unikal efir yağları və bioloji aktiv maddələrin hesabına immun sistemin müqavimətini artırır, infeksiyalara dayanıqlığı təmin edir. Armud xroniki yorğunluqda, başgicəllənmədə, taxikardiyada, ağır fiziki yüklənmədə, iştaha pozulanda, yaraların sağalması, həm də anemiya zamanı geniş istifadə olunur.

Meyvənin tərkibindəki üzvi turşular həzmə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır, qaraciyər və böyrəklərin fəaliyyətini stimullaşdırır. Prostatitin müalicəsində də çox yaxşı səmərə verir. Armudu acqarına, ət yeməklərindən əvvəl və ya su ilə birlikdə yemək məsləhət deyil.

Armudun növlərindən olan quşarmudu avitaminozların, xüsusilə sınqanın müalicəsi və profilaktikasında istifadə edilir. Tərkibindəki karotinin miqdarına görə hətta bəzi kök sortlarını da üstələyir. Təzə dərilmiş kal quşarmudu ishal əleyhinə təsirə malikdir. İshala meyillik olanda isə quşarmudunun meyvələrindən istifadə etmək olmaz. Tərkibində sorbit olduğuna görə vərəmin yüngül formalarında və diabetli xəstələrə məsləhət görülür. Yarpaqları göbələk əleyhinə təsir göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol