• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Heydər Əliyev mənə xəbər göndərmişdi” - Sabiq təhsil naziri

“Heydər Əliyev mənə xəbər göndərmişdi” - Sabiq təhsil naziri
16.11.2018 19:00
"Bu kitabların üzərində 30 ilə yaxındır ki, işləyirəm. Əslində bu kitablar öz tarixini öyrənmək baxımından məndən daha çox xalqımıza lazımdır. Çünki işlənməyən mövzuları araşdırmışam. Tarixdə elə dövlətləri tapıb üzə çıxarmışam ki, onların adı nəinki dərsliklərdə, heç tarix və elmi kitablarda yoxdur.
 
Söhbət xalqa öz tarixini tanıtmaq və sevdirmək üçün tarixi mənbələrə istinadən hazırladığım və hələ 6 cildi çap edilməyən kitabdan gedir".


Publika.az-ın xəbərinə görə, bu fikirləri Teleqraf.com-a sabiq Təhsil naziri, professor Firudin Cəlilov Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun onun kitabının çap xərclərini üzərinə götürməsi təşəbbüsü haqda danışarkən deyib.

Sabiq nazir əlavə edib ki, əslində bu kitabın çap edilməsinin vacibliyi haqqında mətbuatda fikirlər səsləndirilib: "İctimaiyyət nümayəndələri, jurnalistlər dəfələrlə bu məsələni qabardıb, mənim xəbərim olmadan sponsor axtarışına çıxıblar. Sonra Rusiyada işləyən milli və qeyrətli insanlarımız toplaşıb bu kitabın üç cildini çap edə bildilər. Altı cild isə çap edilməyib”.

İstiqlalçı millət vəkili əlavə edib ki, bu günlərdə kitabın çapı ilə bağlı yazdığı 4-5 il əvvəlki statusu yenidən Facebook səhifəsində paylaşıb:

"Statusumda qeyd etmişdim ki, kitabın 3 cildi çap edilib, kim oxumaq istəyirsə, götürüb istifadə etsin. Yerdə qalan cildlər isə çap edilməyib. Mən Mübariz Mənsimovu tanımıram, şəxsi tanışlığım heç vaxt olmayıb. Bəlkə bu məlumatı ona çatdıran olsa, yerdə qalan cildləri çap etdirər. Bir müddət keçdikdən sonra Facebook statusumun altında Mübariz Mənsimov yazdı ki, kitabları məmnuniyyətlə çap etdirəcək, narahat olmayım. Bundan sonra minlərlə insan bu xeyirxah işə qol qoyduğu üçün Mübariz bəyə təşəkkür etdi. İnsanlar maraqlı təkliflər yazdılar. Bildirdilər ki, bu kimi işlərlə təkcə Mübariz Mənsimov deyil, milyardı olan çoxlu iş adamları da məşğul olmalıdır. Çoxlu sayda alimlərin, yazıçıların çapa ehtiyacı olan əsərləri var. Bu ümummilli məsələdir, təkcə alimin problemi deyil. Belə xeyirxah işlərə milli burjuaziya, zəngin insanlar dəstək verməlidir. Təxminən bu səpkili rəylər gün ərzində müzakirə edilir, minlərlə adam reaksiyasını yazır”.

Firudin Cəlilov qeyd edib ki, statusu yazdıqdan və Mənsimovun reaksiyasından az sonra Mübariz Mənsimov ona zəng edərək bildirib ki, kitabları Türkiyədə çap etdirəcək: "Mən də Mübariz bəyə təşəkkür etdim. Bildirdim ki, ildə 2-3 dəfə Türkiyəyə müalicəyə gəlirəm, növbəti dəfə gələndə sizinlə görüşərəm və kitabın çap edilməyən hissələrini təqdim edərəm. Yəni Mübariz bəyin kitabın yerdə qalan 6 cildini çap etdirmək ideyası bu şəkildə ortaya çıxıb. Mən də öz adımdan ona təşəkkür edirəm”.

Sabiq nazir xatırladıb ki, onun 10 illər boyu üzərində işlədiyi kitabın çap edilməsi təşəbbüsləri bir neçə dəfə olub. Onun sözlərinə görə, hətta mərhum prezident Heydər Əliyev də bu kitabla maraqlanıb:

"Rəhmətlik Heydər Əliyevdə bu kitabı çap etmək istəyirdi. O zaman Prezident Administrasiyasında şöbə müdiri olan Yusif Hümbətov mənə zəng etdi və prezidentin bununla bağlı tapşırığı olduğunu söylədi. Mən də Xızıdan Bakıya gəldikdən sonra üç cildini Yusif müəllimə göndərdim, dedim ki, bunu çap edin, digərlərini də sizə təqdim edəcəyəm. Sonra şöbə müdiri mənə bildirdi ki, kitablar ona çatıb, Prezident bildirib ki, Firudin müəllim narahat olmasın, səhhəti ilə bağlı Türkiyəyə gedir, qayıtdıqdan sonra bu işi nəzarətində saxlayacaq. Sonradan rəhmətlik Heydər Əliyev vəfat etdi və bu işlər yarımçıq qaldı.

Demək istəyirəm ki, kitabın çap edilməsi üçün təşəbbüslər olub. Sonradan Yazıçılar İttifaqının sədri Anar Rzayev Prezident Administrasiyasına məktub yazmışdı ki, bunlar lazımlı kitablardır. O dövrdə yeni kitabların çap olunması haqqında Prezidentin fərmanı olmuşdu. Anar müəllim çalışırdı ki, bu kitablar çap olunacaq kitabların siyahısına salınsın. Bu kitabın çapına mane olan isə Prezident Administrasiyasında bu işlərlə məşğul olan Fatma Abdullazadə idi. Onun da sonunun nə ilə bitdiyini ictimaiyyət bilir. Bu cür adamlar imkan vermədi ki, kitablar çap edilsin”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 22:50
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 22:17
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib - Video
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol