• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

BDU-da işləyən vəzifəlilər – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı... SİYAHI

BDU-da işləyən vəzifəlilər – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı... SİYAHI
17.11.2018 19:03
Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. Sosial şəbəkələrdə və bir sıra Kütləvi İnformasiya vasitələrində A.Məhərrəmovun yerinə təhsil-elm sahəsində uzun illərdir əməyi olan bir sıra vəzifəli şəxslərin təyin olunacağı ilə bağlı müzakirələr aparılır.

Unikal.org sözügedən müzakirələrin aktivliyini nəzərə alaraq Bakı Dövlət Universitetində elmi işlə məşğul olan şəxslərin ad və vəzifələrini araşdırıb. Məlum olub ki, Azərbaycanın sabiq vəzifəli şəxləri, o cümlədən rektor, millət vəkilləri, səfir qızı BDU-da kafedra müdiri vəzifəsində çalışırlar.

Həmin siyahını sizlərə təqdim edirik:

Misir Mərdanov – Azərbaycanının sabiq təhsil naziri olub. Hazırda Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Ali riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışır.



İradə Məmmədova – sabiq təhsil nazirin müavini vəzifəsində çalışıb. Hazırda BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiridir.



Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri olub. Hazırda BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.



Səhər Orucova – hazırda Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyyətli səfiri vəzifəsində çalışan Hidayət Orucovun qızıdır. S.Orucova BDU-Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasında müdiri vəzifəsini icra edir.



Ədibə Paşayeva - Azərbaycan Respublikasının əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin qızıdır. Ə.Paşayeva hazırda BDU-da kafedra müdiri vəzifəsində çalışır.



Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiridir.



Nərgiz Paşayeva - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti vəzifəsi ilə yanaşı, BDU –nun filologiya fakultəsində kafedra müdiridir.



Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini vəzifəsi ilə yanaşı, BDU-nun hüquq fakultəsinin konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışır.



Məzahir Pənahov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsi ilə yanaşı, BDU-nun ümumi fizika kafedrasının müdiri vəzifəsində çalışır.



Nizami Cəfərov – hazırda millət vəkilidir. Bununla yanaşı Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsini icra edir.



Yaqub Mahmudov – hazırda Milli Məclisin deputatıdır. Y.Mahmudov BDU-nun tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.



Rəbiyyət Aslanova - Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini tutub. Hazırda BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri vəzifəsində çalışır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Cəmiyyət 20:05
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Cəmiyyət 20:00
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Laçın-Şuşa yolunda yük maşını aşıb
Cəmiyyət 18:30
Laçın-Şuşa yolunda yük maşını aşıb
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol