Bakıda faciəli yol qəzası

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, gecə saat 03 radələrində Nərimanov rayonu Heydər Əliyev prospektində "Toyota Prado” markalı minik avtomobili qəfil qarşısına çıxmış piyadanı vurub. Nəticədə ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az