• $
  • £

Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi -Tam siyahı

Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi -Tam siyahı
28.05.2020 23:37
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru (BDU) Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib. 

Anews.az sonxeber.az-a istinadən xəbər verir ki, A. Məhərrəmov indiyədək universitetə rəhbərlik etmiş 24 rektordan biridir.

Belə ki, əsası 1 sentyabr 1919-cu ildə qoyulan universitetin bu günədək 24 rektoru olub. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskidir. Ümumiyyətlə 24 rektordan 4-ü qeyri-azərbaycanlı olub. A. Məhərrəmov universitetə ən uzun müddət rəhbərlik edən rektordur. O, 19 il BDU-nun rektoru vəzifəsində çalışıb.

Maraqlıdır ki, A. Məhərrəmovdan əvvəl bu posta müvafiq olaraq, keçmiş təhsil naziri Misir Mərdanov və Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov təyin edilib. Digər maraqlı fakt ondan ibarətdir ki, universitetə rəhbərlik etmiş 24 rektordan yalnız 2-si həyatdadır.
Onu da qeyd edək ki, BDU-nun əvvəlki adları S.M Kirov adına Azərbaycan Dövlət Universiteti, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olub.

Azərbaycanın ilk ali məktəbi olan BDU-nun 24 rektorunu təqdim edirik:

1.V.I.Razumovski (1857-1935) Vasili İvanoviç Razumovski 1919-1920-ci illərdə BDU-ya rəhbərlik etmiş ilk rektordur.

2.S.N.Davidenkov (1880-1961) Sergey Nikolayeviç Davidenkov 1920-1923-cü ilərdə rektor olmuşdur.

3.A.D.Qulyayev (1870-1930) Aleksandr Dmitriyeviç Qulyayev 1923-26-cı illərdə rektor olmuşdur.

4.T.A.Şahbazi (1892-1937 ) Tağı Şahbazi Simurq1926-1929-cu illərdə BDU-nun ilk Azərbaycanlı rektor uolmuşdur.

5.V.S.Yelpatyevski (1877-1937) Vladimir Serqeyeviç Yelpatyevski 1929-cu ildə rektor olmuşdur.

6.M.M.Məmmədov (1897-1937) Maqsud Məmməd oğlu Məmmədov 1929 - 1930-cu illərdə rektor olmuşdur.

7.M.Ə.Ələkbərli (1892-1937) Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934 -1935-ci illərdə rektor olmuşdur.

8.B.C.Həsənbəyov (1899-1937) Balabəy Cabbar oğlu Həsənbəyov Ələkbərli 1935–1937-ci illərdə rektor olmuşdur.

9.Ə.M.Əliyev (1897-1962) Əziz Məmmədkərim oğlu Əliyev 1937-ci ildə rektor olmuşdur.

10.C.A.Ələsgərov (1907-1969) Cəbrayıl Ağaəli oğlu Ələsgərov 1937-41-ci illərdə rektor olmuşdur.

11.Ş.R.Əliyev 1912-1969) Şamil Rəhim oğlu Əliyev 1941-1941 -ci illərdə rektor olmuşdur.

12.A.İ.Qarayev (1910-1968) Abdulla İsmayıl oğlu Qarayev1944-1950 -ci illərdə rektor olmuşdur.

13.C.Z.Hacıyev (1910-1961) Cəfər Xəndan Zeynal oğluHacıyev1950-1954 -cü illərdə rektor olmuşdur.

14.Y.H.Məmmədəliyev (1905-1961) Yusif Heydər oğlu Məmmədəliyev1954-1958 -ci illərdə rektor olmuşdur.

15.Ş.F.Mehdiyev (1911-1985) Şəfayət Fərhad oğlu Mehdiyev 1958-1965-ci illərdə rektor olmuşdur.

16.M.S.Əliyev (1907-1972) Mehdi Sadıq oğlu Əliyev1965-1970-ci illərdə rektor olmuşdur.

17.F.M.Bağırzadə (1926-1988) Faiq Məmməd oğlu Bağırzadə1970-1987-ci illərdə rektor olmuşdur.

18.Y.C.Məmmədov (1930-2000) Yəhya Cəfər oğlu Məmmədov 1987-1989-cu illərdə rektor olmuşdur.

19.C.B.Quliyev (1927-2010) Cəmil Bahadur oğlu Quliyev 1989-1990-cı illərdə rektor olmuşdur.

20.M.G.Qasımov (1939-2008) Mirabbas Göycə oğlu Qasımov 1990-1992-ci illərdə rektor olmuşdur.

21.F.Y.Səməndərov (1939) Firudin Yusif oğlu Səməndərov1992-1993 -cü illərdə rektor olmuşdur.

22.M.N.Ələsgərov (1928) Murtuz Nəcəf oğlu Ələsgərov 1993-1996-cı illərdə rektor olmuşdur.

23.M.C.Mərdanov (1946) Misir Cümayıl oğlu Mərdanov 1996-1998-cı illərdə rektor olmuşdur.

24.A.M.Məhərrəmov (1950) Abel Məmmədəli oğlu Məhərrəmov 1999-2018-ci illərdə rektor olmuşdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol