• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

Abel Məhərrəmovun Həcc ziyarətindəki fotosunda yer alan şəxsin kimliyi ortaya çıxdı - FOTO

Abel Məhərrəmovun Həcc ziyarətindəki fotosunda yer alan şəxsin kimliyi ortaya çıxdı - FOTO
22.11.2018 17:01
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Musavat.com-a daxil olan məlumata görə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Mənbənin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb. 

Qeyri-qanuni şərab biznesi ilə məşğul olan Abel Məhərrəmovun Həcc ziyarəti zamanı çəkilən şəkili sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Abel Məhərrəmovun birlikdə Həcc ziyarətinə getdiyi şəxsin kimliyi ortaya çıxıb. 

Belə ki, onunla birgə Həcc ziyarətindən görüntüsü yayılan şəxs şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin keçmiş dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyevdir.

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 -cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb.

1959-1964-cü illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. O, 1978-ci ildən professordur.Vasim Məmmədəliyev 981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı olub. O, 1989-cu idə İraq Elmlər Akademiyası, 1994-cü ildə İslam Təşkilatı 

Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995-ci ildə Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003-cü ildə Misir Ərəb dili Akademiyasının üzvü seçilib. 

1991-1992-ci illərdə BDU-nun prorektoru, 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri olub. 

Vasim Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2002-ci il «Şöhrət ordeni» ilə təltif edilib. 

Bundan əlavə o 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülüb. 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.

Hazırda Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədridir.

Qeyd edək ki o, Ailəlidir, iki qızı, bir oğlu var.
big.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Cəmiyyət 13:15
Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 13:07
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:00
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Dənizkənarı Milli Parkda oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 12:34
Dənizkənarı Milli Parkda oğurluq edən şəxslər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol