• $ 1.7
  • € 1.9763
  • ₽ 0.021317
  • ₺ 0.0405
  • £ 2.2638

Moskvada şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – VİDEO

Moskvada şəmkirli biznesmeni öldürməkdə şübhəli bilinən şəxsin fotosu – VİDEO
23.11.2018 09:58

Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevlə bağlı məlumatlar getdikcə artır. Deyilənə görə, T.Tağıyevi öz yerliləri – Şəmkir rayonundan olan şəxslər öldürüb. Moskvadakı mənbələrə istinadən yazmışdıq ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Musavat.com Moskvadakı mənbələrə istinadən yazmışdı ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstə qarşıdurma yaranıbmış. Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya KİV-nə deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər. Qadının sözlərinə görə, əri "avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Musavat.com qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib. Həmin fotonu təqdim edirik.

loqo loqo foto musavat.jpg (1.65 MB)

Toğrul Tağıyevin qətl şübhəlisi Həsən Heydərov

Xüsusi olaraq qeyd edirik ki, Həsənin bu qətldə iştirakçı olduğu iddia etmirik. Sadəcə bizə verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğu deyilir.

Bundan öncə də bildirmişdik ki, Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər-red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir.

Qətlə yetirilən Toğrul Tağıyev

Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib. Musavat.com bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumata malik deyil. Son anda aldığımız informasiyada deyilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.

Mövzunu diqqətdə saxlayacağıq.

Musavat.com Toğrul Tağıyevin gülləboran edilmiş maşınının videosunu təqdim edir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol