• $ 1.7
  • € 1.9874
  • ₽ 0.021662
  • ₺ 0.0399
  • £ 2.2728

Ərdoğanla Putinin ortaq planı ABŞ-ı şoka saldı: Türkiyə daha bir dövlətlə qonşu olur

Ərdoğanla Putinin ortaq planı ABŞ-ı şoka saldı: Türkiyə daha bir dövlətlə qonşu olur
23.11.2018 12:43
ABŞ-ın Türkiyənin Suriya ilə sərhədində yeni nəzarət məntəqələri qurmaq addımı terrorçulara dəstəyinin ən konkret ifadəsi olub. Fərat çayının şərqində PKK-nı Türkiyə ordusundan qorumaq istəyən Vaşinqtonun bu həmləsi Ankara-Moskva əməkdaşlığının verdiyi narahatlığı gözlər önünə gətirib.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin yaxın təmasları, müdafiə naziri Hulusi Akar ilə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidanın Soçidə uğurlu nəticələr əldə etməsi ABŞ-ı Suriyada yeni həmlələr etməyə məcbur edib.

Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyatlara hazırlaşdığını görən Pentaqon sərhəddə nəzarət məntəqələri quracağını açıqlayıb. ABŞ müdafiə naziri Ceyms Mettisin nəzarət məntəqələri barədə ironiyalı açıqlaması Münbiçdə əldə edilən razılaşmaya rəğmən, ABŞ-ın Türkiyəni Fəratın şərqindən uzaq saxlamaq niyyətini açıq şəkildə göstərir.

Mettisin son sözləri Fəratın şərqində ABŞ-ın rəsmi olaraq Türkiyəyə qarşı çıxması və Ankaraya meydan oxuması kimi dəyərləndirilir.

Qaynaqlar ABŞ-ın nəzarət məntəqələri qurmaqla Türkiyənin bölgəyə müdaxiləsinin qarşısını almağı və Türkiyə ordusunun hərəkətlərinə nəzarəti hədəflədiyini bildirirlər. ABŞ-ın təktərəfli quracağı bazalar Suriyadakı ortağı PKK/PYD terror təşkilatının müdafiə qalxanı olacaq. ABŞ sərhəd xəttində qurulacaq nöqtələrlə Türkiyə ilə rəsmən sərhəd qonşusu olacaq. Terror təşkilatı ilə Türkiyə arasına sədd çəkməyi hədəfləyən Vaşinqton bundan sonra yoluna yalnız PKK ilə davam edəcəyini də açıq şəkildə elan etmiş oldu.

Məsələ ilə bağlı açıqlama verən sabiq general Ehsan Başbozqurd bunları deyib:

"Amerika səmimidirsə, Türkiyə ilə ortaq hərəkət edər. Nəzarət məntəqələri ortaq qurulmalıdır. Bu nöqtələr Türkiyənin sabitliyinə qarşı ən çox təhdidin gəldiyi Tel Əbyad, Ayn əl-Ərəb, Rəsulayn və Qamışlının 15 kilometr cənubunda qurulmalıdır. PKK/PYD bu bölgədən tamamilə çıxarılmalı, torpaq onun sahiblərinə qaytarılmalıdır. İdlibdə Türkiyə ilə Rusiyanın əməkdaşlığı sayəsində aparılan qurulan nəzarət məntəqələri burada da qurulmalıdır. ABŞ dildə Türkiyə ilə sıx əməkdaşlıq etdiyini deyir, amma səmimiyyətsizliyindən dolayı gerçək əməkdaşlıqdan çəkinir. Münbiç razılaşmasından 6 ay keçməsinə rəğmən, nəticə əldə edilməməsinin səbəbi də budur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Dünya 19:02
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Dünya 11:10
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Dünya 09:30
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Dünya 08:58
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Dünya 23:30
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Qara dənizdə zəlzələ olub
Dünya 21:59
Qara dənizdə zəlzələ olub
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Dünya 20:26
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Dünya 18:27
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 18:05
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol