• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu

Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu
29.05.2020 02:11
Ərik qurusu ən faydalı meyvə qurularından biridir. Ərik qurusunda təzə əriklə müqayisədə faydalı maddələr daha çoxdur.

Ərik qurusu beta-karotin (orqanizmdə A vitamininə çevrilir), dəmir, kalium, maqnezium, fosfor, orqanik turşular, pektinlə zəngindir.  

Pektin sayəsində ərik qurusu orqanizmdən radionuklidləri və ağır metalları xaric edir. Pektin bağırsaqlarda bu ziyanlı maddələri özünə birləşdirir və orqanizmdən xaric edir.

Saglamolun.az xəbər verir ki, ərik qurusu dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı çox faydalıdır. 100 qr ərik qurusunda 250 qr qaraciyərdə olduğu qədər dəmir var.

Ərik qurusu ürəyin ən sevimli məhsuludur. Onun tərkibində olan kalium və maqnezium ürəyin və damarların normal fəaliyyətini təmin edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə yardım edir.

Maqnezium sinir sistemi üçün ən faydalı minerallardan biridir - sinir sistemini sakitləşdirir, stressi və gərginliyi azaldır.

Ərik qurusu bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizliyin qarşısını alır. Mütəxəssislər qəbizlikdən əziyyət çəkənlərə səhər 5-6 ərik yeməyi və 1 stəkan su içməyi tövsiyə edirlər. Bu bağırsaqların peristaltikasını (hərəkətlilik) gücləndirir, bağırsaqların daha tez asan boşalmasını təmin edir.

Mütəxəssislər profilaktik məqsədlə hər gün 5-6 ərik qurusunu yeməyi tövsiyə edirlər.  

Faydalı ərik qurusu seçmək üçün bəzi qaydalara əməl edin.  

Belə ki, mütəxəssislər parlaq narıncı rəngdə ərik qurusunu istehlak etməyi tövsiyə etmir. Belə ərik qurusunun istehsalı zamanı rəngverici maddələrdən istifadə olunur ki, bu maddələr orqanizm üçün ziyanlıdır.

Ümumiyyətlə mütəxəssislər ərik qurusunu yedikdən əvvəl axar suyun altında yaxşı yumağı və sonra 20 dəqiqə ərzində isti suda saxlamağı tövsiyə edirlər. Yalnız bundan sonra ərik qurusunu yemək olar.

Ərik qurusunu bəzi həzm sistemi xəstəlikləri (kəskin pankreatit, kəskin qastrit və s.) və şəkərli diabet zamanı, piylənmədən əziyyət çəkən şəxslərə istehlak etmək olmaz. Həmçinin nəzərə almaq lazımdır ki, ərik qurusu allergik reaksiyalara səbəb ola bilər.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Cəmiyyət 20:05
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Cəmiyyət 20:00
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Laçın-Şuşa yolunda yük maşını aşıb
Cəmiyyət 18:30
Laçın-Şuşa yolunda yük maşını aşıb
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol