Poroşenko Rusiyaya tələblər qoydu
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya rəhbərliyinə müraciət edərək, Kerç boğazında saxlanılan ukraynalı dənizçilərin və gəmilərin azad olunmasını tələb edib.
Bununla bağlı Poroşenkonun saytında məlumat yerləşdirilib.
"Mən Rusiya Federasiyası rəhbərliyinə müraciət edirəm. Beynəlxalq hüququ pozaraq, həbs edilən ukraynalı hərbi qulluqçular dərhal azadlığa buraxılsın! Biz tələb edirik ki, onlar gəmilərlə birlikdə təcili sürətdə Ukraynaya qaytarılsın”, - Poroşenko bildirib.
O əlavə edib ki, müraciətinə qısa zamanda reaksiya verilməsini gözləyir.
oxu.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər