• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

“Arsenal” futbolçularının “kef məclisi”: Araq və şənləndirici qaz - VİDEO

“Arsenal” futbolçularının “kef məclisi”: Araq və şənləndirici qaz - VİDEO
07.12.2018 16:59
İngiltərənin "Arsenal” klubunun futbolçularının narkotik vasitə qəbul etdiyini əks etdirən görüntü yayılıb. 

Oxu.Az xəbər verir ki, "The Sun” nəşrinin əldə etdiyi görüntüdə "topçular”ın ulduzları Aleksandr Lakazet, Mateo Qenduzi, Məsut Özil, Pyer-Emerik Obameyanq və Sead Kolaşinatsın şarın içinə doldurulmuş təhlükəli qazı - azot oksidi (şənləndirici qaz) sinələrinə çəkdiyini görmək olur. 

70 qadının xüsusi dəvət edildiyi çılğın "kef məclisi”nin avqust ayında Londonda yeni futbol mövsümünün başlamasından bir neçə gün əvvəl keçirildiyi deyilir.

Görüntü ilə tanış olan "Arsenal” rəhbərliyi oyunçularına bu davranışa görə xəbərdarlıq edəcəyinə söz verib:

"Futbolçularla bu haqda söhbət aparılacaq və onlara klub təmsilçiləri kimi belə hallara qarşı məsuliyyət daşıdıqları xatırladılacaq”. 

Görüntüdə qazı sinəyə çəkdikdən sonra 30 yaşlı Özilin gözlərinin bərəldiyi, müvazinətini itirərək, yerə yıxıldığı və az qala huşunu itirəcəyi görünür. Lakazet gülüş sədaları altında divana yıxılır. 19 yaşlı fransalı Mateo Qenduzi isə oturduğu divanda huşunu itirir. 

Bu partidə Şkodran Mustafi və Henrix Mxitaryan iştirak etsə də, onlar, sadəcə, içkilərlə kifayətlənir. İçkilər arasında 2500 funt dəyərində viski, iki min funt dəyərində şampan və iki minlik araq olub.

Onu da bildirək ki, Londonun "Teyp” klubunda keçirilən həmin "kef məclisi” futbolçulara 25-30 min funt sterlinqə başa gəlib. Bu partidə iştirak edən qızlardan birinin dediyinə görə, futbolçulardan bəziləri gecə saat 04:00-da qara "Mercedes”lə əyləncə məkanını tərk edib.

Qeyd edək ki, şarın içində olan azot oksidi və ya sadə dillə desək, əyləndirici qaz ciddi sağlamlıq problemlərinə, o cümlədən ürək çatışmazlığına və ən pis hallarda ölümə səbəb ola bilər.

< /div>

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 08:50
"Qarabağ"ın oyununda meydana quş girib - VİDEO
Prezident Qara Qarayevə nə deyib?
İdman 20:12
Prezident Qara Qarayevə nə deyib?
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
İdman 22:17
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:55
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:24
"Qarabağ”dan mövsümdə ilk məğlubiyyət - Video
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
İdman 12:14
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
İdman 23:07
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
Mahir Emrelinin komandası uduzdu - Video
İdman 09:59
Mahir Emrelinin komandası uduzdu - Video
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
İdman 18:22
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol