• $
  • £

"Sərkisyana dedim, qulaq as, 7 rayonu işğal edibsiz, 5-ni qaytar, biz Putinlə..." - Lukaşenko tarixi söhbəti açdı

29.05.2020 02:02
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya media nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putinlə birgə daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirilmiş təkliflər haqqında danışıb.


"Belta” xəbər verir ki, Aleksandr Lukaşenko təklifin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarından birində səsləndirdiyini söyləyib.


Onun sözlərinə görə, həmin vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi. 


Belarus prezidenti qeyd edib ki, o, Ermənistan və Azərbaycan liderlərini Qarabağ probleminin birlikdə güzəştli variantda həllinə razılıq verməyə çağırıb: "Belarus və Rusiya vahid mövqe tutdu, zəruri olduqda müəyyən zəmanətin təminatı üçün hərbi kontingentin yeridilməsinə söz verdi”.


Aleksandr Lukaşenko həmçinin Serj Sərkisyanla aparılan söhbətin detallarını açıqlayıb: "Sonra açıq şəkildə dedim, "qulaq as, onların dediyi kimi 7 rayonu işğal etmişiniz, Serj, 5 rayonu geri qaytar. Onları qaytarmamaq üçün hansı səbəb ola bilər, onlar boş qalıb".


 O dedi ki, "əgər mən qaytaracağamsa, onlar orada yolu kəsəcəklər, Qarabağı tutacaqlar" və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, bu, baş verərsə, biz öz qoşunlarımızı daxil edib, imkan vermərik. O söylədi ki, "biz buna getməyəcəyik, istəmirik”".


Aleksandr Lukaşenko deyib ki, bu cavabdan təəccüblənib: "Niyə istəmirlər? Axı, 5 rayon boşdur. Bu, ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində təmsil olunardı. Niyə siz imtina etdiniz? Yaxşı, Belarus və Rusiya təminat verdi ki, əgər bu rayonlar azad edilsə, heç vaxt orada müharibə olmayacaq. Siz özünüz də etiraf edirsiniz ki, o rayonlar Azərbaycanındır”.


Belarus prezidenti xarici investisiyaların cəlb edilməsi üçün münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol