• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Prezident çıxış yolunu göstərdi: Ermənistanı yox edəcək 3 amil və...

Prezident çıxış yolunu göstərdi: Ermənistanı yox edəcək 3 amil və...
18.12.2018 09:48
"Lukaşenko Sərkisyana izah etməyə çalışıb ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın ziyanına işləyir. Ermənistan yoxsul vəziyyətdədir. Münaqişə həll olunmayana qədər də bu vəziyyət dəyişməyəcək. Lakin Sərkisyan hətta buna da razılıq verməyib. Görünür, Ermənistan belə yoxsul vəziyyətdə qalmasına daha çox üstünlük verir”.

Bu fikirləri Publika.az-a müsahibəsində politoloq Fikrət Sadıqov səsləndirib.

Ermənistanın beynəlxalq arenadakı vəziyyətini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edən politoloq Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistana qarşı sərt davranışının pərdəarxasına da aydınlıq gətirib.

- Belarus prezidenti Aleksandr Lukaşenko bir neçə gündür ki, Ermənistanın ünvanına sərt çıxışlar edir. Lukaşenkonun düşmən ölkəyə qarşı bu davranışını necə dəyərləndirirsiniz?

- Lukaşenko faktiki olaraq hər şeyi açıq şəkildə bəyan edib. Əlbəttə ki, bu da Ermənistanı qıcıqlandırıb. Lukaşenkonun çıxışları reallıqdır, həqiqətə uyğundur. Belə söhbətlərin ortaya çıxması onu göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fikir ziddiyyəti var. Yəni, vahid birlik, mövqe yoxdur. Bir tərəfdə Ermənistan, başqa bir tərəfdə Rusiya, Belarus, Qazaxıstandır. Hər birinin öz mövqeyi istiqaməti və yanaşması mövcuddur. Bu da onu göstərir ki, münasibətlər kifayət qədər gərgindir. Lukaşenkonun Ermənistana qarşı çıxışlarının arxasında, bəlkə də, Rusiya ilə münasibətlər durur. O, Rusiyaya işarə edir ki, mən sözəbaxan oyunçu deyiləm. Mənim özünəməxsus xarici siyasət addımlarım var. Mən heç kimlə bir çox hallarda hesablaşmaq fikrində deyiləm. Lukaşenko Ermənistan hakimiyyətini qəbul etmir və açıq şəkildə bunu bəyan edir. O, Nikol Paşinyana ziddiyyətli davranış və fikirlərinin nəticələrini göstərir.

- Paşinyan Lukaşenkonun bu sərt çıxışlarına cavab verəcəkmi?

- Ermənistan cavab şəklində bəyan etdi ki, qapalı görüşlərdə danışılan məsələlər ictimaiyyətə açıqlanmamalıdır. Yəni, Lukaşenko bəzi məqamları açıqlamaqla düzgün etməyib. Amma mən düşünürəm ki, Belarus prezidenti buna cavabsız qalmayacaq. Növbəti sərt çıxış gələcək. Və deyəcək ki, KTMT ilə bağlı açıqladığı məqamlar gizli deyil və açıq söhbətlərdir. Belarusun Azərbaycana silah satmasına hansı gizli məqam ola bilər ki? Əminəm ki, Aleksandr Lukaşenko Ermənistanın bu davranışına cavab reaksiyasını gecikdirməyəcək.

- Belarus prezidenti Vladimir Putinlə sabiq prezident Serj Sərkisyan arasında gedən 5 rayonun qaytarılması ilə bağlı faktı da mediaya açıqlamışdı. 5 rayonun əvəzində isə Ermənistanı hərbi kontingentlə təmin olunması söz verilib. Lukaşenkonun bunu deməkdə məqsədi nədir?

- Azərbaycan öz ərazisində hansısa hərbi kontingentin yerləşdirilməsinə heç vaxt heç kimə icazə verməyib. O ki qaldı, Lukaşenko-Sərkisyan-Putin söhbətinə, bu göstərir ki, Belarus prezidenti Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində hansısa addım atıb. Münaqişənin ölü nöqtədən tərpədilməsi üçün çalışıb. Lukaşenko Sərkisyana izah etməyə çalışıb ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın ziyanına işləyir. Ermənistan yoxsul vəziyyətdədir. Münaqişə həll olunmayana qədər də bu vəziyyət dəyişməyəcək. Lakin Sərkisyan hətta buna da razılıq verməyib. Görünür, Ermənistan belə yoxsul vəziyyətdə qalmasına daha çox üstünlük verir.

- Ermənistan bu siyasi yolu nə zamana qədər gedə biləcək?

- Bunun konkret olaraq zamanını təyin etmək çətindir. Lakin hər halda, İrəvan onillərdir bu siyasəti aparır. Belə vəziyyət o zamana qədər davam edə bilər ki, aparıcı ölkələr Ermənistana durumu izah etsin, təzyiq göstərsin. Ermənistan beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə məcbur edilsin. Ölkənin vəziyyəti o qədər çətin, mürəkkəb hal alsın ki, nəhayət, o, çıxış yolunun razılığa getmək olduğunu başa düşsün. Düşünürəm ki, Ermənistanda gec-tez sağlam düşüncəli hakimiyyət formalaşacaq. Münaqişənin həll olunması yolunda 3 amil var: sağlam düşüncəli gənc nəslin nümayəndələri hakimiyyətə keçməli, aparıcı ölkələrin Ermənistana birmənalı şəkildə təzyiqi olmalıdır, Azərbaycanın hərbi potensialı və hücum xarakterli diplomatik addımları artmalıdır. Azərbaycan Ermənistanın dünyadan təcrid olunması gücləndirilməlidir. Bu 3 amildən istifadə etmək lazımdır. Çünki Ermənistan başqa dildə danışmaqdan anlamır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol