• $
  • £

“Çeçenistana qarşı müharibə hələ Qorbaçovun dövründə planlaşdırılırdı” – Çeçen yazıçı

“Çeçenistana qarşı müharibə hələ Qorbaçovun dövründə planlaşdırılırdı” – Çeçen yazıçı
29.05.2020 11:28
"Şamil Basayevin və başqa səhra komandirlərinin xarici kəşfiyyatlar tərəfindən ələ alınmasına dair iddialar cəfəngiyyatdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Çeçenistan müharibəsinin baş verdiyi şəraiti və çeçen səhra komandirlərinin fəaliyyəti haqqında danışan Çeçenistanlı tarixçi, tanınmış yazıçı Rizvan İbrahimov deyib.
Rizvan İbrahimovun sözlərinə görə, Çeçenistana qarşı müharibə hələ SSRİ-nin mövcudluğunun son dövrlərindən planlaşdırılıb:
"Bu suala vaxtilə Mixail Qorbaçov dəqiq cavab verib. O, televiziya çıxışlarında iki dəfə bildirdi ki, Çeçenistan müharibəsi hələ onun SSRİ prezidenti olduğu vaxt Baş Qərargah tərəfindən planlaşdırılırdı.
Qorbaçov bu barədə ilk dəfə Birinci Çeçen Müharibəsindən sonra, ikinci dəfə isə 2000-ci illərdə, Marianna Maksimovaya telemüsahibəsində danışıb. Qorbaçovun sözlərinə görə, ona çeçenlərə qarşı müharibəyə başlamaq təklif olunsa da, o, bundan imtina edib.
Şamil Basayevə gəldikdə isə, mən istisna etmirəm ki, o, başlanğıc mərhələdə Rusiya kəşfiyyatı ilə əlaqədə olub. Ancaq mənim bunu təsdiqləyən sübutlarım yoxdur. Basayevin xüsusi xidmət orqanlarından, onların isə Şamildən istifadə etmələri mümkün idi. Başqa halda əməkdaşlıq qarşılıqlı faydaya əsaslanmalıdır.
Məsələn, Abxaziya nümunəsində xüsusi xidmət orqanlarının əsas məqsədi o respublikanı Gürcüstandan qoparmaq olub. Ancaq dağlı konfederatlar öz növbələrində abxazlara qarşı qırğınların qarşısını almağa çalışırdılar. Bir şeyi dəqiq deyə bilərəm ki, Basayev xüsusi xidmət orqanları ilə şüurlu şəkildə əməkdaşlıq etməyib, onun məqsədləri təmiz olub.
Eyni zamanda, Basayevin və başqa səhra komandirlərinin xarici kəşfiyyatlar tərəfindən ələ alınmasına dair iddialar da cəfəngiyyatdır. Çeçenistan rəhbərliyinin özü xaricdən kömək axtarırdı, ancaq heç bir ölkə ona dəstək vermədi.
Ancaq Rusiya kəşfiyyatı bəzi səhra komandirlərinin yanına öz adamlarını yerləşdirməklə, onları bu və ya başqa formada idarə edirdi. Həmçinin onlara yalan məlumatlar sızdırırdılar, hər hansı qərarın qəbulu üçün zəmin yaradırdılar. Əlbəttə, Rusiyanın polkovnik hərbi rütbəsini daşıyan səhra komandirləri də vardı. Məsələn, Ruslan Labazanov. Onun məsələsi hər kəsə məlumdur”.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol