• $
  • £

Bu şəxslər gələn ildən vergi ödəməyəcəklər

Bu şəxslər gələn ildən vergi ödəməyəcəklər
29.05.2020 08:45
Azərbaycanda 1 yanvar 2019-cu ildən etibarən Vergi məcəlləsinə edilən yeni düzəlişlər qüvvəyə minir.

Belə ki, 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycanda özəl sektorda (neft-qaz sektoru istisna olunmaqla) çalışan muzdlu işçilər yeddi il müddətinə gəlir vergisi ödəməkdən azad olunurlar.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu, Azərbaycanın prezidenti İlham Əliyevin təsdiqi əsasında vergi məcəlləsinə edilən düzəlişlərdə nəzərdə tutulur.

1 yanvar 2019-cu ildən etibarən yeddi il müddətinə qeyri-neft-qaz və fərdi sektorlarda çalışan muzdlu işçilərin əməkhaqlarından gəlir vergisinə 100 faiz güzəşt edilməsi planlaşdırılır.

Vergidən azad olunma aylıq gəliri səkkiz min manat olanlara şamil edilir. Əgər aylıq gəlir səkkiz min manatdan çox olarsa, gəlir vergisinin həcmi 14 faiz təşkil edəcək.

Hazırda aylıq gəlir 2500 manata qədər olduğu halda, gəlir vergisinin həcmi 14 faiz təşkil edir. 2500 manatdan yüksək olan gəlir üçün isə vergi həcmi 25 faiz + 350 manatdır.

Qeyd edək ki, Vergi məcəlləsinə edilən dəyişikliklər yeni güzəştləri və vergidən azad olunmaları nəzərdə tutur. Bundan əlavə, vergi bazasının genişləndirilməsi, yeni nəsil kassa aparatlarının tətbiqi, vergi idarəçiliyinin təkmilləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol