Evim, maşınım yoxdur, cibimdə 2 dollar daşıyıram - Prezident
"Adıma qeyddiyatda olan ev, avtomobil və şəxsi mülkiyyət yoxdur".
Anews.az yeniavaz.com-a istinadla xəbər verir ki, bunu Meksikanın yeni Prezidenti Andres Manuel Lopes Obrador mətbuat konfransında deyib. Prezident kredit kartlardan istifadə etmədiyini bildirib: "23 min dollar pul yığmışam, maaşımı illik 65 min dollara endirmişəm. Akademik olan həyat yoldaşım isə ildə 72 min dollar qazanır". A.M.L. Obrador qeyd edib ki, yaşadıqları ev və sürdüyü maşın həyat yoldaşının adına qeydiyyatdan keçirilib. 65 yaşlı siyasətçi əlavə edib: "Həyatım boyu pulla maraqlanmadım, mən ideallar və prinsiplər üçün savaşıram. Ancaq varlı olan hər kəs pis insan deyil".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox