• $
  • £

"Nəsimini yenidən oynaya bilərəm" - Rasim Balayevdən "Nəsimi ili" açıqlaması

11.01.2019 16:17
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli” elan edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi İli” elan etdiyini deyib. 1973-cü ildə Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin adı çəkiləndə yəqin ki, hamının gözü önünə kitablarda gördüyü sima, yaxud Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev gəlir. 

Anews.az xəbər verir ki, İmadəddin Nəsiminin obrazını "Nəsimi” filimində canlandıran Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev Unikal.org-a Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli” elan etməsini təqdirəlayiq bir hadisə olduğunu, bu xəbərə çox sevindiyini deyib:"Ölkə başçısının bu addımı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına olan diqqətinin göstəricisidir. Hesab edirəm ki, bu il təkcə "Nəsimi İli” deyil, ümumiyyətlə klassiklərimizi yenidən yaddaşlara həkk ediləsi tarix kimi yadda qalacaq”. 

Rasim Balayev bu ilin "Nəsimi İli” elan edilməsinin ədəbiyyatımızla bərabər, həmçinin siyasi mənada da böyük bir hadisə olduğunu dilə gətirib:

"Çünki bu gün iranlılar və türkmənlər deyirlər ki, Nizami bizimdir. Yəni, bu il həmin klassiklərimizlə bağlı da tədbirlər keçiriləcək. Dünyanın bir sıra ölkələrindən ədəbiyyat adamları Azərbaycana gəlib, bu tədbirlərdə iştirak edəcək. Dünyaya bir daha çatdırağıq ki, Füzuli də, Nəsimi də, Nizami də bizimdir”. 

Xalq artisti bu ilin "Nəsimi İli” elan edilməsi gənclərimizin İmadəddin Nəsimi haqqında biliklərini daha da artıra biləcəklər: "Bu gün əksər gənclərimiz ədəbiyyatla, tariximizlə çox az maraqlanırlar. Bir dəfə verilişə baxırdım. Aparıcı gənclərimizə Füzuli, Nizami, Nəsimi və digərlərinin şəkillərini göstərir. Onlardan görüntüyə görə adların tapılmasını soruşur. Amma, onlar bunu tapmaqda çətinlik çəkirlər. Hətta əksəriyyəti tanımır. Bu çox qəribədir! Bilmirəm orta məktəbdə dərs keçmirlər, nədir?! Amma bu bir böyük çatışmazlıq, faciədir ki, bu günki gənc nəsil klassiklərimizdən tutmuş, gənc ədəbiyyatçılarımıza qədər olan insanları tanımırlar. Bu yolverilməzdir”.

"Yenidən "Nəsimi” filimi çəkilərsə burada Nəsimi obrazını canlandıra bilərsinizmi?” sualımıza Rasim Balayev belə cavab verib: 

"(Gülür)Yox əlbəttə. Düzdür, Nəsimi 48 yaşında faciəli şəkildə dünyasın dəyişib. Əgər onun 48 yaşlı obrazı təklif olunarsa bunu yenidən oynaya bilərəm. Təbii ki, 1973-cü ildəki ssenarini oynaya bilmərəm. Çünki, filimdə Nəsiminin bir neçə obrazı (cavanlıq və yaşlı dövrü) göstərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol