• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Prezidentin tənqid etdiyi məşhur POLİSƏ ÇAĞIRILDI və... - VİDEO

Prezidentin tənqid etdiyi məşhur POLİSƏ ÇAĞIRILDI və... - VİDEO
11.01.2019 19:56

Aktrisa Dəniz Çakır hicablı qadınları təhqir etdiyi iddiasıyla prokurorluğa ifadə verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa barəsində başlanılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə çağırılıb. Çakır çıxışda verdiyi açıqlamada "Bəhs edilən heç bir şeyi etmədim. İttihamlar mənim bu günə qədərki mövqeyimə ziddir" , - deyə bildirib.
Aktrisanın açıqlamasını təqdim edirik:
"İttihamları rədd edirəm. Bu günə qədər heç kimi qadın, kişi, hicablı və hicabsız olduğu üçün, həyat tərzi, cinsiyyəti, dini, inancı və irqinə görə ayırmadım. Əksinə onları birləşdirmək üçün sosial layihələrdə iştirak etdim. Bu günə qədər sərgilədiyim mövqeyim bəllidir. Ayırmaq üçün deyil, birləşdirmək üçün bir müddət mübarizə apardım. Sözügedən heç nəyi etmədim. İfadəmi də verdim. Bir sənətçi qadını hicablı və hicabsıza ayırmaz. Həyatımda hicablı və fərqli dinlərdən olan xeyli insan var. Bu günə qədər hər birini qucaqladım. Hər biri məni çox sevir. İndi də mənimlədirlər”.

Dəniz Çakır "Hadisəyə dair görüntülər varmı” sualına "Var, təqdim etdik. Hazırda məhkəmə prosesi davam edir. Qanuni olaraq daha çox danışmaq doğru deyil. Bütün görüntülər təhlil edildi, onsuz da hər şey ortadadır" cavabını verib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırmışdı.
"Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən yüksək həddidir. "Səudiyyə Ərəbistanına gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat tərzlərini zəmanət altına alan siyasi təfəkkürdür” , - deyə ölkə başçısı bildirmişdi





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol