• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Rusiya Paşinyanı yox edəcək - Ermənistanı gözləyən dəhşətli ssenari üzə çıxdı

Rusiya Paşinyanı yox edəcək - Ermənistanı gözləyən dəhşətli ssenari üzə çıxdı
14.01.2019 10:56
Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş prezident Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan eks-prezidentin siyasi məhbus olduğunu bəyan etdi. Maraqlıdır ki, Soqomonyan Ermənistanın əsas xarici tərəfdaşlarının da Koçaryanı siyasi məhbus gözündə gördüyünü bildirib. Əslində o, "əsas xarici tərəfdaşlar” dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur və bununla Moskvanın Koçaryanın həbsinə qarşı olduğunu bir daha xatırladır.

Kreml əvvəldən Koçaryanın həbsinə qarşı idi və bunu açıq şəkildə bəyan edirdi. Lakin Nikol Paşinyan hakimiyyəti Moskvada nə qədər Putinə yaltaqlansa da, İrəvana döndükdə "rus vodkası” hesab etdiyi opponentlərini baltalamağa davam edir. Koçaryan bu siyahıda ilk pillədə qərarlaşır. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Paşinyanla Moskvada görüşündən sonra Robert Koçaryanı ad günü münasibətilə təbriki də Kremlin münasibətini açıq şəkildə bəyan etdi. Proseslərin bu istiqamətdə inkişafı Rusiyanın Paşinyan hakimiyyətini dayandırmaq üçün hansısa addım atacağı ehtimalını gücləndirir.

Erməni siyasi şərhçi Razmik Akopcanyanın iddiaları bu kontekstdə diqqət çəkir.

Publika.az xəbər verir ki, R.Akopcanyan Rusiyanın bu il Ermənistanda "dişini yoxlayacağını” iddia edir.

Onun fikrincə, Koçaryan Moskva üçün əhəmiyyətlidir, çünki o, Rusiyanın maraqları üçün hər şeyi etməyə hazırdır.

"Əgər o, cinayət işindən xilas olmağı bacaracaqsa, Putinin köməyi ilə hər şeyi edəcək. Reallıq budur ki, əvvəlki hakimiyyət və onun böyük kapitalı təslim olmayıb. Onlar gizləniblər və zərbə endirmək üçün fürsət gözləyirlər. Hətta bu, Rusiyanın Ermənistana müdaxiləsi ilə də nəticələnə bilər”,- deyə o bildirib.

Erməni şərhçi Nikol Paşinyanı susmaqda itiham edir. Onun fikrincə, "Paşinyanın susması təkcə özü üçün yox, bütövlükdə Ermənistan üçün də baha başa gələ bilər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli MəclisdəAzərbaycan dilinin inkişaf strategiyası ilə bağlı konfrans keçirilir
Siyasət 10:59
Milli MəclisdəAzərbaycan dilinin inkişaf strategiyası ilə bağlı konfrans keçirilir
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 09:31
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol