• $
  • £

Cavi Dan “Məhsəti”dən yazdı

Cavi Dan “Məhsəti”dən yazdı
15.01.2019 14:30
Yazıçı Cavi Danın "Məhsəti” adlı yeni romanı çap olunub. Əsər Azərbaycanın ilk xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman 12-ci əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında ilk irihəcmli bədii əsərdir. Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyir: " Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir və fərqli xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub. Belə bir xanım haqqında çox az məlumat var. Məhsəti haqqında yazmaq ədəbiyyatımızda qadın xəttini öyrənməyə mənə kömək oldu. Bu gün Azərbaycanda ədəbiyyat sahəsində olan hər bir qadının ilk ustadı məhz Məhsəti Gəncəvidir”. 

Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.

Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. "Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir.

Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir. 

Qeyd edək ki, bu, Cavi Danın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Öbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir. 

Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi "Şəms” romanı üzərində çalışır. Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol