• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

"Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır"

16.01.2019 15:45
Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir: "Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".

ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insanın tütündən istifadə edir.

O qeyd edib ki, həmin insanların da yarısı 70 yaşına çatmadan dünyalarını dəyişəcəklər: "Ona görə də bunun qarşısını almaq üçün həyata keçiriləcək mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Bu da xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış ola bilər".

ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: "Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm".

H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə siqaret çəkənlərin sayı durmadan artacaq: "Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:38
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
İqtisadiyyat 11:26
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
İqtisadiyyat 11:21
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
SOCAR İran körfəzində işə başlayıb
İqtisadiyyat 10:47
SOCAR İran körfəzində işə başlayıb
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
İqtisadiyyat 10:40
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:08
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:37
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 69 dolları keçib
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
İqtisadiyyat 17:41
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol