• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

“Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”
18.01.2019 16:41
İqtisadçı ekspert Rövşən Ağayev prezident İlham Əliyevin xidməti maşınlarla bağlı verdiyi fərmanı şərh edib.

Onun sözlərinə görə, fərmana əsasən, belə görünür ki, xidməti maşınların sayı azalacaq:

"İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım – söhbət 700-800 mln. dollardan gedirdi.

Yaxşı xəbərdir, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta

30 min dollarlıq maşında gəzib 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdır. Bizdə bununla bağlı qanun 14 il əvvəl – 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib. Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı növbəti fərmanlardan biri də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısının ölkə prezidenti ilə razılaşdırılmasıdır. Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir və nəticəsi barədə prezidentə məlumat verilməlidir.
 
bizimyol.info

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11 ayda tibb müəssisələrində 347 mindən artıq tibbi prosedur icra edilib
Cəmiyyət 11:05
11 ayda tibb müəssisələrində 347 mindən artıq tibbi prosedur icra edilib
Poliklinikalarda yeni elektron növbə sistemi qurulur - TƏBİB rəsmisi
Cəmiyyət 10:50
Poliklinikalarda yeni elektron növbə sistemi qurulur - TƏBİB rəsmisi
Bu ilin on bir ayında vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib
Cəmiyyət 10:41
Bu ilin on bir ayında vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Cəmiyyət 10:29
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Maqnit qasırğası gözlənilir
Cəmiyyət 10:17
Maqnit qasırğası gözlənilir
İki gün ərzində 53 cinayəti açıb - DİN
Cəmiyyət 10:13
İki gün ərzində 53 cinayəti açıb - DİN
Masallının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:59
Masallının bəzi ərazilərində işıq olmayacaq
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Cəmiyyət 09:42
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 09:20
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol