• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:49
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi”, "Üzeyir Hacıbəyli ensiklopediyası”, "Bədii və publisistik əsərlər” kitabları, "Leyli və Məcnun”, "Koroğlu” operaları və "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11 ayda tibb müəssisələrində 347 mindən artıq tibbi prosedur icra edilib
Cəmiyyət 11:05
11 ayda tibb müəssisələrində 347 mindən artıq tibbi prosedur icra edilib
Poliklinikalarda yeni elektron növbə sistemi qurulur - TƏBİB rəsmisi
Cəmiyyət 10:50
Poliklinikalarda yeni elektron növbə sistemi qurulur - TƏBİB rəsmisi
Bu ilin on bir ayında vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib
Cəmiyyət 10:41
Bu ilin on bir ayında vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Cəmiyyət 10:29
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Maqnit qasırğası gözlənilir
Cəmiyyət 10:17
Maqnit qasırğası gözlənilir
İki gün ərzində 53 cinayəti açıb - DİN
Cəmiyyət 10:13
İki gün ərzində 53 cinayəti açıb - DİN
Masallının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:59
Masallının bəzi ərazilərində işıq olmayacaq
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Cəmiyyət 09:42
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 09:20
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol