• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Namiq Qulamovun villası, Nuğayevlərin tələsi, Azər Abbasovun eşq macərası - VİDEO+FOTO

Namiq Qulamovun villası, Nuğayevlərin tələsi, Azər Abbasovun eşq macərası - VİDEO+FOTO
22.01.2019 19:29
İsmayıllı Regional Mədəniyyət idarəsini rəisi Elnur Hüseynov , məsləhətçisi  Şamo Nuğayev və  rəis müavini Azər Abbasovun idarənin işçilərdən rüşvət alması və onları qanunsuz sıxışdırması barədə redaksiyamıza daxıl olan məktubu çap etməyimizdən az ötmüş həmin məmurların digər qanun pozuntuları ilə bağlı bizə daha bir məktub daxil oldu.

İdarənin adının çəkilməsini istəməyən keçmiş əməkdaşının imzası ilə daxil olan məktubda bildirilir ki, idarənin  rəisi Elnur Hüseynovun özü və onun təyinatında böyük rolu olan Mədəniyyət nazirliyinin Aparat rəhbərinin  müavini Namiq Qulamova İsmayıllı rayonun Talıstan kəndində villa tikdirir. Həmin villanın tikilməsi üçün lazım olan  pullar isə əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan 5 rayonun (İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Qobustan) mədəniyyət müəssisələrindən qeyri-qanuni şəkildə mənimsənilir. Bu barədə hətta Qobustan rayon Təklə kənd musiqi məktəbində təsərrüfat işlərinə cavabdeh olan Fəyaz İmamverdiyev mədəniyyət naziri Əbülfəz Qarayevə ünvanladığı şikayət ərizəsində bildirib.



 

 

Redaksiyamıza daxil olan məktubda qeyd olunur ki,  həmin şəxsin ərizə yazmasını və idarə rəisinin adının hallandırılmasını Regional Mədəniyyət idarəsinin məsləhətçisi Şamo Nuğayev təşkil edib. Buna səbəb isə, Şamo Nuğayevin  adı çəkilən musiqi məktəbinin direktorunu işdən kənarlaşdırmaq istəyi olub. Sonda şikayətçinin ərizəsini  naməlum səbəbdən geri götürməsi bu istəyin reallaşmasını əngəlləyib.

Şamo Nuğayevin belə bir istəkdə olması  növbəti fotofaktda aydın görünür. Belə ki, Nuğayev diqqətinizə təqdim etdiyimz e-mail yazışmasında Qobustan rayon Mədəniyyət Mərkəzinin direktoru Daşqın Ağayevin işdən çıxarılması ilə bağlı  kiməsə məsləhət verir və Ağayevin  tənbeh olunması tələbini yazdırmağa çalışır.

 

Sonda Şamo Nuğayev buna nail olur və Daşqın Ağayev vəzifəsindən kənarlaşdırılır.

Amma Nuğayevin ürəyi bununla soyumur. O, buna bənzər bir plan hazırlayaraq  Şamaxı rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi  Məhəmməd Əliyevin işdən qovulmasına  səylər göstərir. Belə ki, o, apardığı "yoxlama” əsasənda idarənin rəsi Elnur Hüseynova məlumat ünvanlayır. Amma  Nuğayevin cəhdi boşa çıxır və Məhəmməd Əliyev vəzifsindən kənarlaşdırılmır.  


 

 

 
 
 


Redaksiyamıza daxil olan məktubun  müəllifi iddia edir ki, Şamo Nuğayev ona rüşvət verməyən  işçilərin kənarlaşdırılması kimi əyri işlərlə məşğul olub. Hətta onun haqqında İsmayıllı Rayon İcra Hakimiyyətinə də bir neçə nəfər şəxs müraciət edib.   
 

Şamo Nuğayevin həmin şikayətçilərin ərizəsinə verdiyi izahatdan bəlli olur ki,  ərizəni imzalayan 3 nəfərdən Şamo Nuğayevin pul alıb. Amma əhatəsində olan adamların Nuğayevin xeyrinə izahat verməsi onu cəzadan qurtarıb.

 



Şamo Nuğayevin rüşvət alma, yaxud pul tələb etməsi haqqında daha bir neçə faktlar da gətirilir.  Belə ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin digər iki  işçiləri  bildirir ki, Nuğayev onlardan birindən 200 manat, digərindən  500 manat alıb. Aşağıda təqdim etdiyimiz fotolardan da bu açıq bilinir.
 
 


 

Əldə etdiyimiz məlumata görə Şamo Nuğayev bu işlərdə İsmayıllı rayon Mərkəzi Poçtunun işçisi olan atası Rəhman Nuğayevin ərizə yazmaq peşəkarlığından istifadə edir. Şamo Nuğayevə qarşı atılan addım ona sərf etmədiyi təqdirdə atası Rəhman Nuğayev həmin an işə qarışır. Qarşı tərəf haqqında müxtəlif dövlət qurumlarına qarayaxma ərizəsi yazır. Onların şəxsi işlərinə ləkə salacağı ilə hədələyir. Bu cür qarayaxma ərizələrinə görə Rəhman Nuğayev haqqında İsmayıllı rayon Məhkəməsində proses gedir. Rəhman Nuğayev haqqında bu tipli bir səs yazısı da var. Həmin səs yazısında bir xanım ağlayaraq Rəhman Nuğayevə  yalvarır ki, onu həbs etdirməsin. Həmin xanım hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsində çalışır. Həmin şəxsin qadın olmasını nəzərə alaraq səs yazısını verməməyə qərara aldıq.

Rəhman Nuğayevin növbəti belə bir şər, böthan kompaniyası ondan şikayətçi olan vətəndaş haqqındadır.  Şikayətçi vətəndaşı Gəncə hadisələri ilə təhdid edir. Əgər vətəndaş onunla bağlı şikayətindən əl çəkməsə onu və qardaşını Gəncə hadisəsi ilə əlaqələndirməklə barələrində müxtəlif qurumlara şikayət göndərəcəyini deyir. Həmin səs yazısını təqdim edirik:

 

Göndərilən səs yazının birində Şamo Nuğayev deyir ki, atam Rəhman Nuğayev idarəmizin rəisi Elnur Hüseynovun üzünə söyüb. Həmin səs yazısını təqdim edirik:


 
Növbəti məlumat İsmayıllı Regional Mədəniyyət idarəsinin rəis müavini Azər Abbasov haqqındadır.

Belə  ki, rəis müavini Azər Abbasovun adı  kend.info saytının baş redaktoru Elçin İsmayıllının həbsində əli olmaqda, İsmayıllı Mədəniyyət və Turizm Şöbəsinin müdiri işlədiyi dönəmdə şəhidin adından pul mənimsəməkdə, işçisi ilə eşq məcarası yaşamaqda və şöbə müdiri olduğu dönəmdə tabeçiliyində olan mədəniyyət və turizm obyektlərindən qanunsuz pul yığmaqda hallanır.
 
Bu barədə redaksiyamıza daxil olan məktubda bildirilir ki,  kend.info saytının  baş redaktoru Elçin İsmayıllı Azər Abbasovdan  qanunsuz olaraq 1000 manat aldığına görə həbs olunub.  Bunu  "İnstitute for Peace and Democray” təşkilatı bildirir. Lakin  Elçin İsmayıllı məhkəmədə dindirilərkən qeyd edib ki, Azər Abbasovu uzun illərdi tanıyır və yaxın münasibətləri olub. Həmin 1000 manat pulu A.Azərə borc verib.
 
Elçin İsmayıllının sözlərinə görə, bu məsələ ilə bağlı Azər Abbasovun  məhkəməyə təqdim etdiyi səs yazısı montaj edilib və pulun borc verilməsi barədə fikirlər kəsilib.

Amma Azər Abbasov ifadəsində qeyd edib ki, Elçin İsmayıllı jurnalist vəzifəsindən istifadə edərək həmin məbləği ondan təhdid və şantaj etmək yolu ilə alıb. Sonda Elçin İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib.

 
Savash.org saytında "İsmayıllı mədəniyyət və turizm idarəsindən prezidentə şikayət - ŞOK TƏFƏRRÜAT”  və  Dosye.org saytında "İsmayıllıda biabırçılıq: Əbulfəz Qarayev nədən susur?” başlıqları altında yazılan məqalədə Azər Abbasovun İsmayıllı Mədəniyyət və Turizm şöbəsinin müdiri olduğu dönəmdə şəhid Təyyar Mahmudovun adına külli miqdarda pul mənimsədiyi və şəhidin həyat yoldaşının dövlət qurumlarına olan şikəyindən sonra Azər Abbasovun əməlindən peşman olduğundan töhmət aldığı qeyd edilir.
 
Qeyd edək ki, adı çəkilən şəhidimiz Təyyar Mahmudov İsmayıllı rayon Sulut kənd kitabxanasında müdir işləyib. 1993-cü ildə  Qarabağ müharibəsi zamanı könüllü orduya yollanıb və itkin düşüb.   2001-ci ildə İsmayıllı rayon Məhkəməsinin qərarı ilə itkin düşmüş elan edilərək ölmüş hesab edilib və  Təyyar Mahmudova Şəhid adı verilib.

Bakunews.az saytı Azər Abbasovun şöbə müdiri işlədiyi dönəmdə öz işçisi ilə eşq məcaraları yaşadığını və Gürcüstandan xarici  avtomobillərin ölkəmizə gətirilərək  satışı ilə məğşul olduğunu  yazır.
 
Teref.az saytı yazır ki, Azər Abbasov şöbə müdiri işləyərkən İsmayıllının mədəniyyət və turizm obyektlərindən qanunsuz pul yığırmış. Hətta şöbə müdiri turist-gəzinti marşrutları boyunca da özünə əsil ticarət şəbəkəsi yaradıbmış. Belə ki, marşrut üzərində yerləşən xırda ticarət obyektlərində turistlərə yerli suvenirlər, xatirə hədiyyələri və s satışı həyata keçirilir. Əldə olunan gəlirlərin isə, böyük bir hissəsini bu ticarətlə məşğul olanlar  Azər Abbasova verməli olurlar.

Redaksiyamıza daxil olan məktubda qeyd edir ki, bu cür neqativ işlə məşğul olan şəxslər barəsində İsmayıllı rayon Prokurorluğuna şikayət  edilsə də hüquq mühafizə orqanları  onları araşdırmır. Azər Abbasovla yaxın dostluq əlaqələrinin olması səbəbindən rayon prokurorluğu əməkdaşı  şikayətçinin ziyanına qərar çıxardır və təqdim etdiyi faktları əsassız hesab edir.  "İsmayıllı rayon prokurorluğunun çıxardığı  nəticədən Baş Prokurorluğa şikayət etmişəm və şikayətimi qeydiyyata aldırmışam.  Amma Azər Abbasov və Şamo Nuğayev məni əsassız olaraq məhkəməyə verib.  Mən ölkə prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevadan köməklik istəyirəm. Xahiş edirəm müvafiq qurumlara bizim işimizə düzgün baxılmasına göstəriş verilsin”, - deyə məktubda bildirilir.

Məsələ ilə bağlı İsmaıyıllı Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Yazıda adı çəkilənlərin hamısının adından cavab verəcəyini bildirən, idarənin məsləhətçisi Şamo Nuğayev dedi ki, barələrində deyilənlərin hamısı cəfəngiyyatdır.  
 
Zaur Qənbərov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Cəmiyyət 16:30
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Cəmiyyət 19:21
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Cəmiyyət 19:19
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Cəmiyyət 18:24
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
Cəmiyyət 19:41
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
Cəmiyyət 10:08
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Cəmiyyət 20:02
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Narkotik satan daha 27 nəfər tutuldu
Cəmiyyət 18:19
Narkotik satan daha 27 nəfər tutuldu
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Cəmiyyət 19:21
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol