• $
  • £

Maduro ABŞ-a 72 saat vaxt verdi

Maduro ABŞ-a 72 saat vaxt verdi
24.01.2019 09:47
Venesuela prezidenti Nikolas Maduro amerikalı diplomatların ölkəni tərk etməsinə 72 saat vaxt verib.

Bu barədə Maduro öz "Twitter” səhifəsində yazıb.

"Vətənimizi marionetə və vassal dövlətə çevirməyə çalışan imperialistlərin arsızlığının ən son həddini gördüm və ABŞ-ın bütün səfirlik və konsulluq əməkdaşlarının ölkəni tərk etmələrinə 72 saat vaxt verdim. Venesuelaya sayğı göstərmək lazımdır”, - deyə o bildirib.

Venesuela lideri Vaşinqtonla diplomatik əlaqələri kəsdiyini elan edib. Maduronun belə sərt reaksiyasına səbəb ABŞ prezidenti Donald Trampın Venesuela parlamentinin müxalifətçi sədri Xuan Quaidonu ölkənin yeni lideri olaraq tanıması ilə bağlı verdiyi bəyanat olub.

Qeyd edək ki, müxalifətdən olan siyasətçi Xuan Quaido ötən gün özünü Venesuelanın müvəqqəti prezidenti elan edərək, andiçmədə iştirak edib. O "keçid hökuməti qurmağı və ölkədə ədalətli və dürüst seçkilər keçirməyi planlaşdırdığını” bəyan edib./oxu.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Dünya 23:42
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb
Пезешкиан назвал «единственный способ» закончить войну
Dünya 22:45
Пезешкиан назвал «единственный способ» закончить войну
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
Dünya 20:49
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
Dünya 18:59
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
İranla müharibə tezliklə sona çatacaq - Tramp
Dünya 18:30
İranla müharibə tezliklə sona çatacaq - Tramp
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var
Dünya 17:33
Hörmüz boğazında vurulan gəmidə itkin düşənlər var

İspaniya İsraildəki səfirini geri çağırıb
Dünya 17:05
İspaniya İsraildəki səfirini geri çağırıb
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Dünya 15:16
İsrail İran və Livana qarşı yeni zərbə dalğasına başlayıb
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
Dünya 14:57
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol