• $
  • £

Azərbaycanlı milyonçudan xəbərdarlıq: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!”

Azərbaycanlı milyonçudan xəbərdarlıq: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!”
28.01.2019 10:06
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirib.

Musavat.com-un məlumatına görə, Söyün Sadıqov deyib ki, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir:

"Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də Gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var – Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu. Əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və Baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi. Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və Baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək”.

Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib:

"Mən Gürcüstan prezidentinə və baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik”.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol