• $
  • £

Tolik efirə Ermənistan gerbi ilə çıxıb? - Prodüserdən iddialara cavab

Tolik efirə Ermənistan gerbi ilə çıxıb? - Prodüserdən iddialara cavab
28.01.2019 16:12
Məşhur prodüser Tarix Əliyevin (Tolik) "Hər şey daxil"in efirinə geyindiyi paltarla bağlı verilişinin tamaşaçıları ilginc iddialar irəli sürüblər.

Prodüserin qara rəngli "cempel"inin üstündəki gerbin Ermənistana məxsus olduğunu iddia edən tamaşaçılar, Tolikin verilişdən sözügedən görüntülərini Milli.Az-ın redaksiyasına göndəriblər

Məsələ ilə bağlı Toliklə əlaqə saxlayıb, iddialara cavab almaq qərarına gəldik.

Aparıcı-prodüser tamaşaçıların iddialarını əsassız adlandırıb:


"Ay qardaş, "Zara"da satırlar. Köynəyə yaxından baxsınlar, görün onun gerblə əlaqəsi var ya yox! Mən bunu Gənclikdən almışam. Mənə nə var orada haranın gerbi var. Tamaşaçılar nə deyirlər, deyirlər mən erməniyəm? Mən heç bir mövqe bildirməyəcəm. O gerbə baxın, bir də mənim köynəyimin üstündəki gerbə. Bunu "Zara" satır. İllərdir Azərbaycanda fəaliyyət göstərir. Bu, "Zara" markasıdır. Mənə nə aidiyyatı var onun üstündə nə var nə yox. Mən bunu Ermənistandan almamışam ki, deyələr Ermənistanındır, ya da bunu mənə kimsə verməyib. Bu "Zara"nın satdığı köynəkdir, alıb geyinmişəm. Heç fikir də verməmişəm, ehtiyac da görmürəm fikir verməyə. İstəyir üstündə Mozambikin gerbi olsun, mən nə bilim. O gerbin altında sünbüldür, tərəzidir. Bu bir, ikincisi, gerbdə şirdi, mənimkinin üstündə pələngdir. Qanadı yoxdur, orada qanad da var. Bu birində qartaldır, məndə qartal deyil. Bu "Zara"nın satdığı köynəkdir. Mənim satdığım köynək deyil ki!".
 
Tolik sonra sözlərini təsdiq etmək üçün paltarı aldığı mağazanın loqosu əks olunan fotosunu göndərib:
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol