Azərbaycanın "Eurovision" təmsilçisi Fərid Məmmədovun ABŞ həyatı - VİDEO

Ötən həftə məlum oldu ki, Azərbaycanı "Eurovision-2013" mahnı müsabiqəsində təmsil edən müğənni Fərid Məmmədov ata olub.
Sevincini "Instagram" izləyiciləri ilə bölüşən ifaçı oğlunun doğulmasını və hazırda Kaliforniya ştatının Los-Ancelese şəhərində yaşadığını qeyd edib. Xatırladaq ki, "Eurovision-2013"də Azərbaycana ikincilik gətirən müğənni 2016-cı ilin yazında ailə həyatı qurub.
F. Məmmədovun ABŞ-a köçməsi ilə bağlı şaiyələr çoxdan gəzib-dolaşırdı. Belə ki, müğənni bir müddət sevənlərinin və KİV-lərin diqqətindən itmişdi. Onun okeanın o tayına köçməsi yalnız ifaçının "Instagram"a qayıtmasından sonra təsdiqini tapdı.
Bir müddət əvvəl isə yerli mediada ABŞ-a köçən F. Məmmədovun orada kuryer kimi çalışması barədə malumatlar yayılmışdı. Bir gün belə idmansız və musiqisiz qalmayan Fərid Məmmədov ABŞ həyatından görüntülərini isə "Instagram"da paylaşmaqda davam edir./baku.ws







www.anews.az