• $
  • £

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
29.05.2020 11:50
Azərbaycanlı alim, professor Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov 65 yaşında dünyasını dəyişib.

Anews.az real-a istinadən xəbər verir ki, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. 

1976-cı ildə SSRİ XİN-in nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1990-cı ilə qədər SSRİ XİN-də, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. T.Bağırov 90-cı illərin ortalarında "Əsrin müqaviləsi” razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas şəxslərdən biri olub. "LUKoil”un bu müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun xidmətləri hesab olunur. 

Fransanın keçmiş prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırovu "Fəxri legion" ordeni ilə təltif edib. Bağırov bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb. Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafat olub. . 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol