• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Nazirdən işsizlərə şad xəbər - 8 min ailə sevinəcək

Nazirdən işsizlərə şad xəbər - 8 min ailə sevinəcək
31.01.2019 11:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğullluq proqramının əhatə dairəsi 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox genişləndirilib.

Bu barədə Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il proqrama müraciət edənlərdən 7296 nəfər təlim kurslarından keçərək biznes-planlarını müdafiə ediblər. Onlardan artıq 5500-nə aktivlər təqdim olunub.

Nazir aktivlərin verilməsi prosesinin davam etdirildiyini, hər həftə təqribən yüzədək şəxsə aktivlər verildiyini deyib. O, proqrama cəlb olunanlar arasında həssas qruplardan olanların üstünlük təşkil etdiyini bildirib.

S.Babayev qeyd edib ki, özünüməşğulluq proqramı ildə 7-8 min ailəni əhatə edir.

Bu da faktiki olaraq ildə 7-8 min mikro müəsissənin və təsərrüfatın yaradılması deməkdir.

2019-cu ildə də özünüməşğulluq proqramına 7-8 min ailənin cəlb edilməsi nəzərdə tutulur.

S.Babayev il ərzində aktivlərin verilməsi prosesinin ardıcıl şəkildə davam edəcəyini diqqətə çatdırıb.

Nazir proqram çərçivəsində ayrı-ayrı sənətkarlıq növləri üzrə kiçik təsərrüfatını quranların da olduğunu, ötən il proqram iştirakçılarından 1000 nəfərə qədərini belə şəxslər təşkil etdiyini deyib./baku.ws

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol