• $
  • £

"Equinor" Energetika Nazirliyində enerji perspektivlərinə dair təqdimat edib

31.01.2019 14:01
Energetika Nazirliyində "Equinor” şirkətinin baş vitse-prezidenti Erik Vaernessin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri kimi Equinor (əvvəlki "Statoil”) şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, "Equinor” şirkəti ilə "Qarabağ” yatağı, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsi üzrə əməkdaşlıqla yanaşı, bərpa olunan enerji sahəsinin inkişafında birgə layihələrin həyata keçirilməsi də prioritet istiqamətlərdəndir. 

Anews.az xəbər verir ki, sonra "Equinor” şirkətinin baş vitse-prezidenti Erik Vaernessin "Enerji Perspektivləri 2018” mövzusunda təqdimatı dinlənilib. Bildirilib ki, enerjinin gələcəyini neft və qaz sənayesində islahatların aparılması, karbon emissiyalarını azaltmaq üçün səmərəli enerji təchizatına nail olmaq, hamı üçün ucuz, etibarlı, davamlı enerjidən istifadəni təmin etməkdir. Müxtəlif ssenarilər əsasında hazırlanmış 2050-ci ilədək enerji istehlakının proqnozlaşdırılması barədə məlumatlar diqqətə çatdırılıb, gələcəkdə enerji istehlakında neft-qaz resursları və bərpa olunan enerji mənbələrinin payı, enerji resurslarından səmərəli istifadə, yeni texnologiyaların tətbiqinin ətraf mühitə atılan tullantıların azaldılmasına təsiri üzrə proqnoz rəqəmlər təhlil edilib. 

2015-2050-ci illər üzrə yaşayış, nəqliyyat, sənaye və digər sahələr üzrə elektrik enerjisinə, neft və qaza tələbatla bağlı müqayisələr aparılıb, iqtisadi artım və enerjiyə tələbin çoxalması nəticəsində günəş və külək enerjisindən geniş istifadə ilə bağlı proqnoz göstəricilər nəzərdən keçirilib. Qeyd olunub ki, gələcəkdə neftə tələbat nəqliyyat sektoru, qaza tələbat isə elektrik enerjisinin istehsalı hesabına formalaşacaq. Bütün ssenarilərdə neft-qaz sektoruna gözlənilən sərmayələr bərpa olunan enerji mənbələri ilə müqayisədə az olacaq. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol