ABŞ-dan dünyanı şoka salan QƏRAR
ABŞ Soyuq Savaşdan bu yana nüvə silahların nəzarətinin əsasını təşkil edən Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çəkildiyini bəyan edib.
"Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
"Rusiya uzun müddət müqavilənin şərtlərini pozub. Rusiya gizli şəkildə qadağan olunmuş raket sistemlərinin istehsalı ilə məşğuldur. Bu isə bizim müttəfiqlərə və sərhədlərdən kənardakı qoşunlarımıza qarşı təhlükəlidir.
Sabah ABŞ bu müqaviləyə uyğun öhdəliklərini dayandıracaq və müqavilədən çıxma prosesinə start verəcək. Proses 6 ay ərzində başa çatacaq. Əgər Rusiya bütün raketləri, qurğuları məhv etməsə, bu baş tutacaq”, - deyə Tramp bildirib.
Qeyd edək ki, son illər Moskva və Vaşinqton müntəzəm olaraq Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin şərtlərini pozmaqda bir-birini ittiham edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox