• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Mehriban xanımı kövrəldən çıxış - VİDEO

Mehriban xanımı kövrəldən çıxış  - VİDEO
29.05.2020 00:10
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qazi Kamil Musəvinin çıxışı duyğulu anlar yaşadıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın "İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirib.

"Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma vallah, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız”.

Qazinin bu sözləri Birinci vitse-prezident mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub.

Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.

Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belədə oldu.

Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musəvi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO
Siyasət 16:46
ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO
Sülhməramlıların himayəsində olan ermənilər Qarabağa qanunsuz silah aparır -  VİDEO
Siyasət 13:50
Sülhməramlıların himayəsində olan ermənilər Qarabağa qanunsuz silah aparır - VİDEO
İlham Əliyev  Rəsulzadə, Elçibəy ideyalarını  gerçəkləşdirir - Millət vəkili- VİDEO
Siyasət 17:59
İlham Əliyev Rəsulzadə, Elçibəy ideyalarını gerçəkləşdirir - Millət vəkili- VİDEO
Gürcü kapitan Rusiya gəmisinə
Siyasət 13:17
Gürcü kapitan Rusiya gəmisinə "Buradan sürüş, Yaşasın Ukrayna!" dedi...-VİDEO
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VIDEO
Siyasət 22:49
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VIDEO
Polad Həşimovun anası əsgərlərin önündə çıxış etdi - VİDEO
Siyasət 10:40
Polad Həşimovun anası əsgərlərin önündə çıxış etdi - VİDEO
Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO
Siyasət 15:40
Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO
Rusiya vətəndaşı olan Ermənistan əsgəri saxlanılıb - VİDEO
Siyasət 12:39
Rusiya vətəndaşı olan Ermənistan əsgəri saxlanılıb - VİDEO
Füzuli rayonunun Arış kəndindən  VİDEO
Siyasət 11:21
Füzuli rayonunun Arış kəndindən VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol