Eminə qarşı sui-qəsd: "Lifti partlatdılar, bütün şüşələr sındı..." - VİDEO
Azərbaycanın Xalq artisti Emin Ağalarov yeniyetmə ikən Rusiyanı tərk etməli olub. Buna səbəb onun atası - "Crocus Group" kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub.
Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, Emin bunları "RU TV" kanalında yayımlanan "Север. Непридуманные истории!" verilişinə verdiyi müsahibədə etiraf edib.
İfaçı bunları deyib:
"O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər - lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə 2 yaşlı bacımı və anamı Amerikaya göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir".
www.anews.az
Son xəbərlər
Cəmiyyət
13:40
İqtisadiyyat
12:24
Cəmiyyət
12:24
Cəmiyyət
12:07
İqtisadiyyat
11:54