• $
  • £

Makrondan ermənilərin xeyrinə qərar - "Türkiyə layiqli cavabını verəcək"

Makrondan ermənilərin xeyrinə qərar -
06.02.2019 17:00
Fransanın prezidenti Emmanuel Makron hər il aprelinin 24-ünün Fransada "erməni soyqrımı"nın yad edilməsi günü kimi qeyd olunacağı ilə bağlı qərar qəbul edib.

Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirak edən Makron bildirib ki, anım günləri bu ildən başlayaraq keçiriləcək.

1915-ci ildə türklər tərəfindən törədildiyi iddia edilən qondarma erməni soyqırımını 2001-ci ildə qanuni şəkildə tanıyan Fransanın bu addımı qardaş ölkə ilə yanaşı Azərbaycanın da narahatlığına səbəb olur. Fransanın Ermənistana və onun vətəndaşlarına qarşı bu tutumu birmənalı qarşılanmır.

Politoloq, sabiq diplomat Fikrət Sadıxov publika.az-a açıqlamasında bildirdi ki, Makron ya ermənilərlə olan sıx bağlılığını gizlədə bilmir, ya da gizlətmək istəmir:

"Fransa uzun illərdir ki, erməni diasporu ilə sıx bağlıdır. Fransada erməni dairələri sadəcə olaraq sıravi vətəndaşlardan ibarət deyil. Onlara arasında bir sıra zəngin təbəqələrin nümayəndələri də var: maliyyə dairələri, siyasi partiyaların nümayəndələri, parlamentdə təmsil olunan erməni mənşəli millət vəkilləri və s. Doğrudur, Fransanın bəzi dövlət başçıları bu münasibətləri diqqətdə saxlayaraq eyni zamanda, sağlam düşüncəli mövqe nümayiş etdirməyə çalışırdılar. Həm ermənilərin soyqırımı hadisəsini inkar etmir, həm də Türkiyə və Azərbaycanla münasibətlərini normal səviyyədə qurmağa çalışırdılar. Lakin Emmanuel Makron ya təcrübəsizliyi ucbatından, ya da ermənilərlə doğmalıq münasibətlərindən irəli gələrək belə addımlar atır. Bizim isə bu məsələyə münasibətimiz mənfi olmalıdır. Çünki 100 il bundan əvvəl baş verən hadisələri soyqırımı kimi qələmə vermək və bunu dünya mediasında yaymaq, siyasi don geyindirmək doğru deyil. Xüsusilə, Fransa kimi Avropanın aparıcı dövlətlərindən birinə və onun dövlət başçısına yaraşmır. Mən şübhə etmirəm ki, bu addıma Türkiyə özü layiqli cavabını verəcək. Təbii ki, biz də bunu nəzərə alıb müəyyən nəticə çıxarmalıyıq".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol