• $
  • £

İlham Əliyev 600 min nəfəri sevindirdi -ŞƏRH

İlham Əliyev 600 min nəfəri sevindirdi -ŞƏRH
29.05.2020 06:44
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, ölkəmizdə işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz sözügedən Sərəncam da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir: "Cənab Prezidentin Sərəncamı ilə minimum aylıq əmək haqqı 38,4 faiz artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və  özəl sektorda işləyən 150 min nəfər bu sərəncamdan faydalanacaqdır. Yəni dövlət sektoru üzrə 450 min işçinin əmək haqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əmək haqqları 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq.

Bildiyiniz kimi son illər minimum aylıq əməkhaqqının məbləği davamlı olaraq artırılır. 2004-cü illə müqayisədə minimum əmək haqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əmək haqqı yaşayış minimumu ilə bərabərləşib. Bildiyiniz kimi ölkə üzrə minimum aylıq əmək haqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Ölkə üzrə 400 min şəxs 180 manatdan az əmək haqqı aldı, onların 67 faizi, yəni 270 mini  dövlət sektorunda çalışır. Bu sərəncamdan sonra isə minimum aylıq əmək haqqı yaşayış minimumuna bərabərləşdi və orta əmək haqqının 33 faizini təşkil etdi.Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əmək haqqının daha da artırılacağı gözlənilir”.

Ramil Hüseyn qeyd edib ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Qeyd edək ki, sözügedən Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın. Həmçinin  Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol