• $
  • £

"Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim"

11.02.2019 12:02
"İstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var".

Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş "yaradıcılıq günləri"ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib.

İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.

Vitse-prezident qeyd edib ki, bunun üçün bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb. İnstitutların çoxunda isə hətta müasir, elektron kitabxanalar təşkil edilib.

İ.Həbibbəyli hesab edir ki, bu tələb işə vaxtında gəlmək istəməyən elmi işçilərin bəhanələrini aradan qaldırır:

"Kitabxana rəhbərləri institutların işçiləri üçün lazım olan kitabların sifarişini qəbul edir. Kitabxanalar həmin kitabları Mərkəzi Elmi Kitabxanadan gətirirlər, daha sonra isə onu işçiyə verirlər. Belə imkan hesabına işçilərin kitabxanalara getmə zərurəti aradan qaldırılır. Əgər kitabı əldə etmək mümkün olmursa, işçini rəsmi məktubla elmi işə görə arxivlərə, digər mərkəzi kitabxanalara göndəririk. Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Təbii ki, bu, hamıya aid deyil. Əgər kimsə, hər gün kitabxanalara getmək üçün "yaradıcılıq günləri"nin olmasını istəyirsə, onda demək kitabxana onlar üçün bəhanədir. Çünki kitabxana ilə bağlı hər cür şərait var. Düşünürəm ki, bunu etmək istəyənlər əmək intizamından yayınmaq istəyənlərdir. Düzdür, bunu inzibati qaydada etmirik, amma istəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu hamıya şamil etmək olmaz, amma belə hallar var və onun qarşısı alınmalıdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Cəmiyyət 23:30
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Cəmiyyət 23:14
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Cəmiyyət 21:58
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:32
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol