Azərbaycan alıcısı nəğd pulla ödənişlərə üstünlük verir - VİSA

2018-ci ildə Azərbaycanda ödəniuşlərin 83 faizi nəqd pulla edilir, bu barədə Visa şirkətinin hazırladığı hesabatda deyilir.
Anews.az hesabata istinadən xəbər verir ki, ötən il dünyada üzrə edilən ödənişlərin 36% nağd pul, 40% kart, 4 % çek, 16% birbaşa elektron vasitələrlə edilən ödənişlərin payına düşüb.
Azərbaycan alıcısı isə hələ də nəğd pulla ödəniş etməyə üstünlük verir. Belə ki, ölkəmizdə nağd pulla ödəniş 83% təşkil edir. Kartla ödəniş isə cəmi 4%-dır.
Bu statistik rəqəmlər aydın bir şəkildə onu göstərir ki, Azərbaycan alıcı və satıcıları qeyri nəğd ödənişlər etmək mədəniyyətindən hələ uzaqdırlar.
M.Q.
www.anews.az