• $
  • £

"Space" televiziyasının işçiləri 5 aydır maaşlarını ala bilmir – Televiziya günündə biabırçılıq

14.02.2019 17:45
"Space" televiziyasının işçiləri maaşlarını ala bilmədiklərinə görə bütün çəkilişləri dayandırıblar. Onlar Dövlət Əmək Müfəttişliyinə gedəcəklərini bildiriblər.

Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu gün 14 Fevral televiziya işçilərinin bayramı günündə "Space" televiziyasının işçiləri Dövlət Əmək Müfəttişliyinə getmək barədə razılığa gəliblər. Onlar aylardır ala bilmədikləri maaşlarını televiziyanın bayramı günündə almaq istəsə də, kanalın rəhbəri Vaqif Mustafayev onları qəbul etməyib və onlara gözləməyi, yaxın vaxtlarda maaşlarının bir hissəsinin veriləcəyini deyib. Lakin aylardır yalan vədlərə inanmayan işçilər bu dəfə kanal prezidentinə günün sonuna kimi maaşlarının verilmədiyi təqdirdə onu əmək müvəttişliyinə şikayət edəcəklərini bildirib. Hazırda kanalın işçiləri bütün çəkilişləri dayandırıblar.

Saytımıza məlumat verən kanal işçisi bildirib ki, axırıncı dəfə sentyabr ayında maaş alıblar: "Biz maaşlarımızı tələb edirik. Bu gün televiziya işçilərinin bayramı günüdür. Axırıncı dəfə maaşlarımızı sentyabr ayında almışıq. Belə biabırçılıq olmaz. Biz bu bayram günündə ailəmizə nə deyək.? Kanal rəhbərliyi isə pul yoxluğunu hiss etmir…Bu necə olur. Əgər maaşlarımız bu gün verilməsə, biz Dövlət Əmək Müfəttişliyinin qarşısında toplaşacağıq. Fikirlərimizi, şikayətimizi bildirəcəyik."

Deyilənlər haqda açıqlama almaq istəsək də nə kanalın prezidenti Vaqif Mustafayev, nə də vitse prezident Kamil Şahverdiyev telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, bu, "Space" televiziyasının rəhbərliyi haqda ilk şikayət deyil, kanal işçiləri neçə müddətdir maaşlarını ala bilmədiklərini, kanalın idarəçiliyində problemlərin olduğunu, ayrı-seçkiliyin olduğunu, kanalın günü-gündən məhv olduğunu bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol