• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Pensiyaların artırılacağı məbləğ açıqlandı

Pensiyaların artırılacağı məbləğ açıqlandı
15.02.2019 14:39
Əmək pensiyalarının minimum həddi 116 manatdan 160 manata qaldırılır.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, bu da təxminən 38 faiz artım deməkdir:

"Bu artımdan 233 min pensiyaçımız yararlanacaq ki, onların doqquz mininin pensiyası, ümumiyyətlə, iki dəfə artmış olacaq.

Eyni zamanda, bu 233 minin içində əlilliyə görə pensiya alanlarımızın sayı daha çox üstünlük təşkil edəcək. Bu artım üçün dövlət büdcəsindən 41 milyon manatın ayrılması nəzərdə tutulur və bu artım bütövlükdə martın 1-dən qüvvəyə minəcək. Gələn il isə bu artımın məbləği 49 milyon manat təşkil edəcək.

Qeyd edim ki, bununla bağlı qanun layihəsi komitəmizin gündəliyinə daxil edilmişdi. Biz onu parlamentin fevralın 19-da keçiriləcək növbəti plenar iclasına tövsiyə etdik. İnşallah, ayın 19-da həmin məsələ müzakirələrdən sonra qəbul ediləcək və hüquqi qüvvəsinə minməsi üçün qanunvericilik təşəbbüsünün subyekti olan ölkə prezidenti cənab İlham Əliyevə göndəriləcək.

Bu, çox böyük və çox mütərəqqi addımdır. Bir neçə gün öncə ölkə başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqı birdən-birə 50 manat artırıldı, yəni minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı.

Bu artım həm də özəl sektora öz təsirini göstərəcək, burada çalışanların minimum əməkhaqqı 180 manat məbləğində olacaq. İndi isə növbəti addım olaraq, pensiyalar 116 manatdan 160 manata qaldırılır ki, bunun özü də çox böyük addım və hadisədir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin daha bir bariz nümunəsidir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol